Dağıstan Respublikasının inzibati mərkəzi
Mahaçqala şəhərində keçirilən “Verşina” tələbə təhsil
forumunda Azərbaycan Tələbə Gənclər Təşkilatları
İttifaqının (ATGTİ) nümayəndələri - beynəlxalq əlaqələr
departamentinin direktoru Nurxan Babayev, mətbuat katibi
İlqar Talıbov və ATGTİ-nin fəal könüllüsü Rövşən Cəlilov
ölkəmizi təmsil edib.
ATGTİ-dən
AZƏRTAC-a
bildiriblər
ki,
adıçəkilən
forum
Rusiya
Federasiyasının
Elm
və
Təhsil
Nazirliyinin,
Rusiya
Gənclər
İttifaqı
və
Rusiyanın
Tələbə
Birlikləri
Assosiasiyasının
dəstəyi
ilə
Dağıstan
Dövlət
Universitetində
keçirilib.
Tədbirin əsas məqsədi müxtəlif ölkələrdən olan
tələbə-gənclər arasında əlaqələrin qurulması, gənclərin
idarəetmə sahəsində yeni biliklərin əldə olunması və bu
sahədə təcrübə mübadiləsinin aparılmasından ibarət idi.
Forum çərçivəsində ATGTİ-nin nümayəndə heyəti Dağıstanın
gənclərlə iş üzrə naziri Zaur Qurbanov, Dağıstan Dövlət
Universitetinin rektoru Murtuzəli Rabadanov və bir çox
rəsmi şəxslərlə görüşlər keçirərək ATGTİ-nin 6 illik
fəaliyyəti, ölkəmizdə gənclərin inkişafı üçün yaradılan
hərtərəfli şərait və ümumilikdə uğurla həyata keçirilən
Azərbaycan gənclər siyasəti haqqında çıxış ediblər. |