Azərbaycan
Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə
və Təcrübəçilik Mərkəzinin təşəbbüsü, AMEA Respublika
Elmi-Tədqiqatların Əlaqələndirilməsi Şurası Torpaq və su
ehtiyatlarının idarə edilməsi, ətraf mühitin mühafizəsi
üzrə Elmi Şura ilə birlikdə BMT tərəfindən elan edilmiş
2015-ci il “Beynəlxalq Torpaq ili” çərçivəsində
məktəblilər üçün qış məktəbi və “Torpaq ekologiyası”
mövzusunda AMEA Torpaqşünaslıq və Aqrokimya
İnstitutunda konfrans keçirildi.
Qış məktəbi və konfrans Bakı şəhərində Təhsil
Nazirliyinin birbaşa tabeliyində olan 20 pilot orta
məktəb - liseyində fəaliyyət göstərən “Ekoklub”ların
üzvlərindən ibarət olan V-VII sinif şagirdlərinin
iştirakı ilə həyata keçirildi.
Qış məktəbi çərçivəsində elmi tədqiqat ekoloji təhsil
konfransının keçirilməsində əsas məqsəd məktəblilərin
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda
torpaqların ekologiyası mövzusunda aparılan elmi-təcrübə
tədqiqat işləri ilə tanış edilməsi, onlarda
torpaqşünaslıq elminə marağın artırılması və elmi
tədqiqat işlərinə cəlb olunmasıdır.
Gənc tədqiqatçılar müxtəlif elmi bölmələr üzrə
təqdimatlarla çıxış etdilər. Uğurlu çıxışlarına görə
gənc tədqiqatçılar sertifikatlara layiq görüldülər.
Konfransda alimlərin məruzələri dinlənildi,
institutun Torpaq muzeyi, laboratoriyaları və tədqiqat
istiqamətləri ilə tanışlıq oldu.
2-4 dekabr 2015-il tarixinədək davam edən
konfransın sonunda ən dəyərli məruzələrinə əsasən
seçilmiş tədqiqatçılar diplomlarla təltif olunublar.
Təhsil Nazirliyi Respublika
Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi İnformasiya və
Mətbuat şöbəsi |