Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”
Böyük Britaniyanın Quacquarelli Symonds (QS) agentliyi
2015-ci il üzrə dünyanın yaşı 50-dən çox olmayan ən
yaxşı universitetlərinin reytinq cədvəlini açıqlayıb.
Öz ölkələrində 50 il əvvəl yaradılmış ən gənc
universitetlərin reytinq cədvəlinə Sinqapurun Nanyanq
Texnologiya Universiteti başçılıq edir. İlk
10-luqda Honkonq Elm və Texnologiya Universiteti,
Cənubi Koreya Qabaqcıl Elm və Texnologiyalar İnstitutu
(KAIST), Honkonq Şəhər Universiteti, Cənubi Koreyanın
Pohanq Elm və Texnologiyalar Universiteti, Honkonq
Politexnik Universiteti (Honkonq), Bat Universiteti (
Böyük Britaniya), Maastrixt Universiteti (Niderland),
Madrid Muxtar Universiteti (İspaniya), Barselona Muxtar
Universiteti (İspaniya) yer alıblar. Bütövlükdə 150 ali
məktəbin təmsil olunduğu reytinqin ilk 50 sırasında yer
almış 24 universitet Avropada, 13 -ü Asiyada yerləşir.
Lakin ilk 10-luğa 6 Asiya universiteti başçılıq edir.
Reytinqdən görünür ki, Asiya universitetləri beynəlxalq
sıralamada üstün mövqeyə malikdir. İlk 100-lükdə 40
ölkənin ali məktəbi yerləşib. Sıralamada Avstraliya 16
universitetlə təmsil olunub. Xatırladaq ki, QS 2012-ci
ildən dünyanın ən "gənc" universitetlərinin reytinq
sıralamasını tərtib edir. Reytinqin məqsədi ali təhsil
məkanında ənənəvi rəqiblərlə tez-tez rəqabətə
girişməkdən çəkinməyən gənc dinamik ali məktəblərin
inkişaf tərəqqisini izləməkdir. Reytinq tərtib
olunarkən ali məktəblərin akademik nüfuzu,
tələbə-müəllim nisbəti, bir elmi-pedaqoji işçiyə düşən
elmi məqalələrdən sitatgətirilmə, işəgötürənlər
arasında nüfuzu, əcnəbi tələbə və müəllimlərin sayı kimi
kriteriyalar nəzərə alınır. Reytinqlə daha ətraflı
www.topuniversities.com/top-50-under-50/2015
səhifəsindən tanış olmaq olar.
|