Dekabrın
1-də Bakı şəhər 182 nömrəli tam orta məktəbdə general
Səməd bəy Mehmandarovun 160 illik yubileyi qeyd olunub.
Şagirdlərin təqdimatında Dövlət himni ifa olunduqdan
sonra tədbirin aparıcıları görkəmli hərbi xadim,
general Səməd bəy Mehmandarovun mənalı ömür yolu və
xidmətləri haqqında məlumat verib. Qeyd edilib ki,
general Mehmandarov döyüş meydanlarındakı yüksək
peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqəti ilə
Azərbaycan tarixinin hərb salnaməsinə unudulmaz
səhifələr yazıb.
Məktəbin direktoru Zinyət Tağıyeva çıxışında bildirib ki,
Səməd bəy Mehmandarov kimi generallar daima yad
olunmalıdır: “Mən bir azərbaycanlı kimi fəxr edirəm ki,
bizim belə generallarımız olub. Biz onları həmişə yadda
saxlamalıyıq”.
Çıxış edənlər vurğulayıblar ki, şanlı döyüş ənənələri
ilə zəngin olan milli tariximizin öyrənilməsi, görkəmli
sərkərdələrimizin yubileylərinin keçirilməsi həm ulu
öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün
dövrlərdə, həm də bu gün ölkə rəhbərliyinin
fəaliyyətində prioritet istiqamətlərindən biridir. Belə
tədbirlərin təhsil ocaqlarında keçirilməsi müsbət
qiymətləndirilib.
Rəşad ZİYADOV,
“Azərbaycan müəllimi” |