Son on bir ildə Azərbaycan məktəbliləri beynəlxalq
olimpiadalarda ən yüksək nailiyyət əldə ediblər. Belə ki,
2-10 dekabr 2015-ci il tarixlərində Cənubi Koreyanın
Dequ şəhərində keçirilən yeniyetmələrin XII Beynəlxalq
Elm Olimpiadasında (İJSO) məktəblilərimiz 2 gümüş, 3
bürünc medal qazanıb. 43 ölkənin iştirak etdiyi bu
olimpiadada ölkəmiz uğurlu nəticə əldə edənlər
sırasında olub.
Ölkəmizi təmsil edən Şirvan şəhəri 18 nömrəli
Təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyin X
sinif şagirdi Hüseyn Babayev və Lənkəran şəhəri 4
nömrəli Humanitar təmayüllü məktəb-liseyin X sinif
şagirdi Cəfər İsbarov gümüş, Bakı şəhərindəki akademik
Zərifə Əliyeva adına liseyin eksperimental pilot
siniflərinin X sinif şagirdləri Turan Bədəlli və Emin
Qayıbov, Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü
məktəb-liseyin X sinif şagirdi Turan Məmmədli bürünc
medal qazanıb.
Fizika, kimya və biologiya fənləri üzrə keçirilən
XII Beynəlxalq Elm Olimpiadasında şagirdlər həm nəzəri,
həm də praktiki biliklərini nümayiş etdiriblər.
Bu olimpiadada ölkəmizi təmsil edən məktəblilər
2004-cü ildə 1 bürünc, 2005-ci ildə 2 bürünc, 2007-ci
ildə 3 bürünc, 2008-ci ildə 3 bürünc, 2009-cu ildə 1
gümuş, 2 bürünc, 2010-cu ildə 2 bürünc, 2011-ci ildə 1
gümüş, 2 bürünc, 2012-ci ildə 4 bürünc, 2013-cü ildə 1
bürünc, 2014-cü ildə 1 bürünc medal qazanıblar.
Qeyd edək ki, bu il Beynəlxalq Riyaziyyat
Olimpiadasının nəticələrinə görə, Azərbaycan top 50
ölkənin sırasına düşüb. Həmçinin, uzunilllik fasilədən
sonra Beynəlxalq Biologiya Olimpiadasında və Asiya
Fizika Olimpiadasında qazanılan bürünc medallar bu
istiqamətdə düzgün işin qurulmasını göstərir. Bakıda
keçirilmiş Beynəlxalq Kimya Olimpiadasında isə
şagirdlərimiz 2 bürünc medal əldə ediblər. |