| 
						 
						
						
						 Dekabrın 
						8-də Bakı şəhəri  Humanitar Fənlər Təmayüllü liseydə 
						xalq şairi Nəriman Həsənzadə ilə  görüş  keçirilib. 
						Tədbirdə Təhsil Nazirliyinin nümayəndəsi, şairlər, 
						ziyalılar  və  KİV nümayəndələri iştirak ediblər. 
						 
						
						
						Liseyin direktoru  Nəzakət Əsgərova tədbiri giriş sözü 
						ilə açaraq qonaqları salamlayıb və tədbirin 
						əhəmiyyətindən danışıb. Sonra musiqili bədii gecə  
						şagirdlərin ifasında   rəngarəng tamaşalardan parçalar, 
						mahnılar və rəqslərlə  müşayiət olunub. Azərbaycan 
						Respublikasının xalq artisti Gülyanaq  Məmmədovanın 
						Nəriman Həsənzadənin sözlərinə yazılmış  mahnıları ifa 
						etməsi tədbir iştirakçıları  tərəfindən  maraqla 
						qarşılanıb.  
						
						
						Şairlərdən Hacan Hacısoy,Osman Əhmədoğlu, Güllü Tomarova, 
						Sərvaz Hüseynoğlu, İbrahim İlyaslı, Əliağa Ərşadoğlu, 
						Səadət Novruzqızı və aşıq Cahangir Quliyev Nəriman 
						Həsənzadə  yaradıcılığından söz açıb, şairlə bağlı 
						xatirələrindən   danışıblar.  
						
						
						Təhsil Nazirliyinin nümayəndəsi Fəxri Məmmədli  
						tədbirin  təşkilindən razı qaldığını   bildirib və belə  
						tədbirlərin  başqa  məktəblərdə  də  keçirilməsinin 
						vacibliyini söyləyib. 
						
						
						Digər çıxış edənlər də  şair  haqqında öz fikirlərini, 
						xatirələrini şagirdlərlə bölüşüblər.  
						
						
						Xalq şairi Nəriman Həsənzadə şagirdləri maraqlandıran 
						sualları cavablandırıb və  tədbiri hazırlayanlara öz 
						təşəkkürünü bildirib.  
						
						
						
						Şakir CƏFƏROV,  
						“Azərbaycan müəllimi”  |