| 
						Bakı şəhəri 55 nömrəli tam orta məktəbdə general 
						Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə əlaqədar 
						məktəbin kitabxanasında VIII, IX sinif şagirdlərinin 
						iştirakı ilə birgə “dəyirmi masa” keçirilmişdir. 
						 
						“Dəyirmi masa”da general Səməd bəy Mehmandarovun  
						döyüş meydanındakı yüksək peşəkarlığı və zabit şərəfinə 
						hədsiz sədaqəti haqqında ətraflı danışılmışdır. Həmçinin 
						şagirdlər general haqqında referatlar hazırlamış, həyat 
						və hərbi fəaliyyətinə həsr olunmuş fotostendlərin rəsm 
						sərgisini nümayiş etdirmişlər.   
						
						Mətanət ƏSGƏROVA,Bakı şəhəri 55 nömrəli tam orta məktəbin direktor 
						müavini
 |