| 
						
						
						 Dekabrın 18-də təhsil naziri Mikayıl Cabbarov 
						Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində Sabirabad, 
						Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul 
						edib. 
						Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 
						2015-ci ilin dekabr ayında şəhər və rayonlarda 
						vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, keçirilən 
						qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və 
						ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan 
						digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil 
						sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri 
						tələbələrinin bir təhsil müəssisəsindən digərinə 
						köçürülməsi, təhsil haqqı və bir sıra digər məsələlərlə 
						əlaqədar müraciət ediblər. 
						Qəbula gələn vətəndaşların müraciətləri dinlənilib 
						və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra 
						müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına 
						tapşırıqlar verilib. 
						Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid 
						olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə 
						müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb. |