Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər
Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “Debat”
klubu “Ekologiyanın çirklənməsi təbii prosesdir”
mövzusunda keçirilən açıq turnirdə çempion olub.
Belə ki, ADU və Qərb Universitetinin “Debat” klublarının
təşkilatçılığı ilə Qərb Universitetində baş tutan açıq
turnirdə universiteti 2 komanda təmsil edib. 13
universitetdən 36 komandanın iştirak etdiyi turnirdə
ADU-nun biri yarımfinal mərhələsinə qədər yüksəlib,
digəri isə final mərhələsini oyunun çempionu olaraq başa
vurub.
Eyni zamanda pedaqoji (ingilis dili-fransız dili)
fakültənin tələbəsi, “Debat” klubunun sədri Ləman
Ələsgərova 25 hakim arasında keçirilən turnirdə “Ən
yaxşı hakim” adını qazanıb.
Onu da bildirmək yerinə düşər ki, universitetin
“İntellektual” klubu da 40-dan çox komanda arasında
keçirilən yarışda III yerə sahib olub.
İctimaiyyətlə əlaqələr Departamenti |