Azərbaycan
Turizm və Menecment Universitetində ABŞ-ın ölkəmizdəki
səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Karter
Vilbur ilə görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor,
professor Cəfər Cəfərov qonağa ali təhsil ocağının
yaranma tarixi, beynəlxalq əlaqələri, gələcək planları
haqqında məlumat verib.
Görüşdə əməkdaşlığın perspektivləri, universitet
tələbələrinin ABŞ-ın nüfuzlu otellərində təcrübə
imkanlarının reallaşdırılması ilə bağlı fikir mübadiləsi
aparılıb. |