Azərbaycanın
birinci xanımı, Fondun prezidenti Mehriban Əliyeva
şənlikdə iştirak edib
Dekabrın 24-də Heydər Əliyev Fondu uşaqlara
növbəti dəfə sevinc bəxş edib.
Fondun Bakının əyləncə mərkəzlərindən birində
uşaqlar üçün təşkil etdiyi şənliyə balacalar xüsusi
ayrılmış avtobuslarla gəldilər. Budəfəki şənliyə Bakı
şəhərindəki müxtəlif uşaq evlərindən xüsusi qayğıya
ehtiyacı olan 200-dək uşaq qatılıb.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva şənlikdə iştirak
edib.
Xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli
qayğı ilə əhatə olunmasını, müxtəlif humanitar
aksiyaları fəaliyyətinin prioritet istiqamətləri kimi
müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq
müəssisələrinin sakinlərinə unudulmaz bir gün yaşatdı.
Fondun müxtəlif uşaq evlərinin sakinləri üçün təşkil
etdiyi növbəti tədbir məhz belə xeyirxah missiyanın
davamı oldu. Uşaqların istirahətinin səmərəli təşkili
məqsədilə keçirilən aksiyada balacalar müxtəlif maraqlı
attraksionlarda əyləndilər, oyunlarda iştirak etdilər.
Oyun avtomatlarının və attraksionların bol olduğu
mərkəzdə istədikləri kimi əylənən uşaqlar şənlikdən
xüsusi zövq aldılar,
burada gözəl istirahət etdilər, əylənib oynadılar.
Balacaların zövqünə uyğun bəzədilən məkanda
keçirilən şənlikdə uşaqların ən yaxın dostu olan və
həmişə qayğılarına qalan Mehriban Əliyeva da onların
əyləncəsinə qoşuldu, müxtəlif oyunlarda qazandıqları
qələbələri alqışladı, sevinclərini bölüşdü.
Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirdə
müxtəlif uşaq evlərinin sakinlərinin birgə nahar
etmələri onlar üçün həm də bu şənlikdən aldıqları
təəssüratları bölüşmək imkanı yaratdı. Mehriban Əliyeva
uşaqlarla səmimi söhbət etdi, onlarla şəkil çəkdirdi.
Şənliyin sonunda balacalara Heydər Əliyev Fondunun
hədiyyələri təqdim edildi.
AZƏRTAC |