Azərbaycan
Texnologiya Universitetində (ATU) Gəncə şəhərində
fəaliyyət göstərən ümumtəhsil məktəblərinin ingilis
dili müəllimləri üçün seminar təşkil olunub. Seminar
ATU-nun rektoru, professor Akif Süleymanovun təşəbbüsü
ilə bu ali təhsil ocağında tətbiqinə başlanan Müştəriyə
Yönəlmə Proqramı çərçivəsində baş tutub.
“Fəal-interaktiv təlim metodu ilə oxuma, danışma və
dinləmənin öyrədilməsi” mövzusunda keçirilən seminarda
təlimçi qismində əməkdar müəllim, filologiya üzrə
fəlsəfə doktoru, dosent Nərminə Əliyeva çıxış edib.
Seminarda eyni zamanda ATU-nun və Gəncədəki digər
universitetlərin pedaqoqları da iştirak edib. Təlimçi
Nərminə Əliyeva seminar iştirakçılarına fəal-interaktiv
təlim metodları, onların xüsusiyyətləri, istiqamətləri
və bu biliklərin ingilis dili fənninin tədrisi
prosesində tətbiqi barədə nəzəri və praktik məlumatlar
verib.
Mövzu ilə bağlı geniş müzakirələr aparılıb, müxtəlif
səpgili suallar təlimçi tərəfindən cavablandırılıb.
Sonda seminar iştirakçılarına sertifikatlar təqdim
olunub.
Mətbuat xidməti |