Dekabrın 21-də Sumqayıt Dövlət Universitetində
“Sumqayıt yeni inkişaf mərhələsində” mövzusuna həsr
olunmuş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə universitetin rektoru,
professor Elxan Hüseynov açaraq bildirdi ki, Azərbaycan
sosial - iqtisadi baxımdan qüdrətlənməsilə dünya
birliyində layiqli yer tutur və həyata keçirilən dövlət
proqramlarının real nəticəsi olaraq bu gün Azərbaycanda
iqtisadiyyatın bütün istiqamətləri sürətlə inkişaf edir,
dünya standartlarına uyğun müasir iqtisadi infrastruktur
formalaşır.
Rektor qeyd etdi ki, bu yüksəliş doğma
Sumqayıtımızın da timsalında aydın görünür. Son illər
Sumqayıtda onlarca yeni istehsal müəssisələrinin
yaradılması, bir sıra ənənəvi istehsal sahələrinin
fəaliyyətinin canlandırılması bunu əyani təsdiq edir.
Hələ sovet illərində Sumqayıtın sosial-iqtisadi
inkişafında, sənayenin formalaşmasında, elmin, təhsilin,
mədəniyyətin tərəqqisində ulu öndərin əvəzsiz xidmətləri
olmuşdur. Ulu öndərin müəyyənləşdirdiyi və Prezident
İlham Əliyevin daha da inkişaf etdirdiyi uğurlu iqtisadi
və sosial siyasət nəticəsində regionların
sosial-iqtisadi inkişafına dair birinci və ikinci dövlət
proqramlarının uğurla icrası, üçüncü Dövlət Proqramı
çərçivəsində qarşıya qoyulan vəzifələrin
reallaşdırılması Sumqayıt şəhərinin taleyində yeni bir
cığır açdı. Sumqayıt Texnologiyalar Parkının, Sumqayıt
Kimya Parkının yaradılması ölkə başçısının şəhərdə
sənayenin inkişafına göstərdiyi böyük dəstəyin
təzahürüdür.
SDU-nun humanitar məsələlər üzrə prorektoru,
dosent Nizami Namazov “Sumqayıt yeni inkişaf
mərhələsində” məruzəsində bildirdi ki, bu gün Azərbaycan
iqtisadiyyatı möhtərəm Prezidentimiz İlham Əliyevin
düşünülmüş və uzaqgörən siyasəti nəticəsində yaranmış
siyasi və makroiqtisadi sabitlik, vaxtında aparılan
islahatlar, o cümlədən iqtisadiyyatın şaxələndirilməsi
sayəsində güclü inkişafa nail olmuşdur.
Elm və innovasiyalar üzrə prorektor, professor
Ramazan Məmmədov, tarix və coğrafiya fakültəsinin
dekanı, professor Adil Baxşəliyev, fəlsəfə və hüquq
kafedrasının müdiri, professor Həsən Sadıqov, professor
Nadir Kazımov, Qaçqınların və köçkünlərin İşi üzrə
Dövlət Komitəsinin Sumqayıt şəhər şöbəsinin müdiri
Sevindik Hüseynov, Azərbaycan tarixi kafedrasının müdiri,
dosent Əmirxan İsayev, universitetin YAP Gənclər
Təşkilatının sədri Səma Əsədova məruzə ətrafında çıxış
edərək gənclər şəhəri olan Sumqayıtın tarixindən,
mədəniyyətindən, təhsilindən bəhs etdilər. |