Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2015 - №48

 

AMEA alimlərinin növbəti nümunəvi dərsi

 

Böyütmək üçün seçinDekabrın 22-də Bakı şəhəri 47 nömrəli tam orta məktəbin texniki fənlər təmayüllü 10-cu sinif şagirdlərinə kimya fənni üzrə “Hallogenlərin müqayisəli xarakteristikası” mövzusunda nümunəvi dərs tədris edilib. Nümunəvi dərs Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov tərəfindən keçirilib.

Qeyd edək ki, nümunəvi dərslər təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illik yubileyi mərasimində “Elmdən Təhsilə” adlı məqsədli proqramla bağlı irəli sürdüyü təşəbbüsə uyğun olaraq, Azərbaycan  Respublikası Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında əldə olunmuş razılaşmaya əsasən, AMEA-da çalışan tanınmış alimlər tərəfindən  tədris edilir.

Nümunəvi dərsdə V.Abbasov bildirib ki, elm və təhsilin inteqrasiyası yüksək elmi biliyə malik kadrların yetişməsində mühüm rol oynayır. Ölkə iqtisadiyyatında kimya sənayesinin rolundan danışan akademik bu sahədə baş verən mühüm yeniliklərdən söz açıb, şagirdlərə  hallogenlərin insan həyatında əhəmiyyəti barədə geniş və əhatəli məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.                                  

Nümunəvi dərsdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları,  məktəbin kimya müəllimləri və KİV nümayəndələri iştirak edib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov