Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2015 - №48

 

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda bayram tədbiri

 

Dekabrın 25-də Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il münasibətilə tədbir keçirilmişdir. İnstitutun professor-müəllim heyətinin, gənclər təşkilatının üzvlərinin, həmçinin KİV nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan rektor, professor Asəf Zamanov bəşər tarixində qabarma və çəkilmələrin Azərbaycan xalqının taleyindən də yan keçmədiyini vurğulayaraq, müxtəlif təsirlər nəticəsində azərbaycanlıların dünyaya yayılması tarixindən söz açdı. Statistikaya görə, hazırda dünyanın 100-ə qədər ölkəsində 50 milyondan çox azərbaycanlının yaşadığını söyləyən A.Zamanov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma şəraitindən bəhs etdi. Bildirdi ki, ötən əsrin 80-ci illərinin sonunda blokada şəraitində yaşayan Naxçıvanın əhalisi, o cümlədən ziyalılar bu çətin vəziyyətdən çıxmaq üçün 1989-cu il dekabr ayının 31-də “sərhəd hərəkatı”na başladılar. Böyük tarixi hadisə kimi qəbul edilən bu hərəkat xaricdə yaşayan soydaşlarımızla əlaqələrin və həmrəyliyin yaradılması istiqamətində böyük bir addım oldu.

 Bu hadisələr zəminində dünya azərbaycanlıları ilə əlaqələrin genişləndirilməsi üçün ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi haqqında qərar qəbul edərək və onun rəsmiləşdirilməsi haqqında Azərbaycan Respublikasının Ali Sovetinə qanunvericilik təşəbbüsü ilə müraciət etdi. Çox təəssüf ki, bu qərar o vaxtkı rəhbərliyin biganəliyi üzündən kağız üzərində qaldı...

Rektor qeyd etdi ki, xalqın yekdil tələbi ilə ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra onun ciddi səyi nəticəsində dünya azərbaycanlılarının mənəvi və siyasi birliyinə nail olmaq istiqamətində yeni mərhələ başlandı. 2001-ci il noyabrın 9-10-da keçirilən Dünya Azərbaycanlılarının I qurultayı soydaşlarımızın yaxınlaşdırılması və onların həmrəyliyinin təmin olunması istiqamətində mühüm hadisə oldu. 2002-ci ildə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanun qəbul edildi. Bu əhəmiyyətli sənədin icrasını təmin edən dövlət orqanı - Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Bu uğurlu addımlar dünyanın müxtəlif yerlərinə səpələnmiş həmvətənlərimizin milli maraqlarının gerçəkləşdirilməsinə təminat yaratdı. Böyütmək üçün seçin

Həmrəylik gününün qeyd edilməsinin bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrildiyini deyən  A.Zamanov qeyd etdi ki,  Prezident cənab İlham Əliyev bu təməli daha da möhkəmləndirərək, bütün dünya azərbaycanlılarını vahid ideya və məqsəd ətrafında birləşdirmək siyasətini uğurla həyata keçirir.

Tədbirdə pedaqogika kafedrasının müdiri Fikrət Əliyev, psixologiya və ictimai elmlər kafedrasının müdiri Hökümə Əliyeva və başqaları çıxış edərək Həmrəylik Gününün dövlətçilik tariximizdə, həmçinin xalqımızın həyatındakı əhəmiyyətini vurğuladılar. 

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov