Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2015 - №48

 

Şuşa şəhər 1 nömrəli tam orta məktəbin 185 illiyi qeyd edilib

 

Böyütmək üçün seçinŞuşa Rayon Təhsil  Şöbəsindən redaksiyamıza daxil olan  məlumata görə,  Şuşa şəhər 1 nömrəli tam orta məktəbin 185 illiyi qeyd edilib.

Bununla əlaqədar keçirilən tədbirin iştirakçıları əvvəlcə məktəbin məzunu Rövşən Bayramovun və gənc rəssamlarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tədbirdə çıxış edərək məktəbin Prezident İlham Əliyevin sərəncamı əsasında tikildiyini deyib, bütün şuşalılar adından dövlətimizin başçısına təşəkkürünü bildirib. O, məktəbin 360 yerlik müasir binasının bu ilin sentyabrında istifadəyə verildiyini xatırladıb.

Bayram Səfərov 1830-cu ildə ilk dünyəvi təhsil ocağının qədim tarixi ərazimiz olan Şuşada yaradıldığını və 19 şagirdlə fəaliyyətə başladığını bildirib. Qeyd edib ki, təhsil sahəsində həmişə öz ənənəsi ilə seçilən bu məktəb ölkəmizə böyük alimlər, görkəmli şəxsiyyətlər, dəyərli ziyalılar bəxş edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov dövlət başçısının tapşırığı ilə “Ölkəmizi tanıyaq” layihəsinin davamı olaraq gələn il “Dostlaşmış məktəblər” layihəsinin həyata keçiriləcəyini və ilk təhsil ocağının Şuşa şəhər 1 nömrəli tam orta məktəbin olacağını bildirib.

Tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdə təhsilin inkişafına göstərdikləri diqqət və qayğıdan danışıblar.

Yubiley tədbiri konsert proqramı ilə başa çatıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov