Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2015 - №48

 

Şamaxıda Seyid Əzim Şirvaninin 180 illik yubileyi keçirilib

 

Böyütmək üçün seçinMaarifpərvər şair Seyid Əzim Şirvaninin anadan olmasının 180 illiyi dekabrın 22-də Şamaxıda qeyd edilib.

Təhsil şöbəsindən bildirilib ki, yubiley mərasimində çıxış edən filologiya elmləri doktoru, professor Seyfəddin Qəniyev, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev və başqaları şairin həyat və fəaliyyətindən, bədii irsindən ətraflı danışıblar.

Qeyd olunub ki, şairin bədii irsi azərbaycanca və farsca iki böyük külliyyatdan ibarətdir. Yaradıcılığının çox hissəsini lirik janrda yazılan qəzəllər, öyüd, təmsil və didaktik mahiyyət daşıyan mənzum hekayələr, düzlük, mərdlik, mətanət, məzlumlara kömək və sair kimi gözəl və nəcib əməlləri əks etdirən şeirlər təşkil edir. İctimai mahiyyət daşıyan satiraları da Seyid Əzimin yaradıcılığında mühüm yer tutur. Onu dövrünün böyük realist şairi kimi tanıdan “Dəli Şeytan”, “Məkri-zənan”, “Yerdəkilərin göyə şikayəti”, “Bəlx qazisi və xarrat”, “Elmsiz alim” və sair satiralarıdır.

Tədqiqatçılar S.Ə.Şirvani nəslinin nümayəndələri barədə də məlumat veriblər.

Yubiley mərasimində tanınmış musiqiçilərin ifasında şairin qəzəllərinə bəstələnən muğamlar oxunub, Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının tələbələrinin ifasında qəzəl və lirik şeirlər səsləndirilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov