Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2015 - №48

 

Məktəb-Lisey Kompleksində bədii qiraət müsabiqəsi keçirilib

 

Dekabrın 18-də Bakıdakı Məktəb-Lisey Kompleksində şeir demək qabiliyyətinə malik şagirdləri üzə çıxarmaq məqsədilə bədii qiraət müsabiqəsi keçirilib. Müsabiqənin ilkin mərhələsində  88 şagird iştirak edib. Onların arasından seçilən 25 ədəbiyyat və şeir həvəskarı  olan şagird  iştirak edib.

Müsabiqənin final mərhələsini açıq elan edən kompleksin direktoru Qafar Hüseynov Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin  mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” 16 dekabr 2014-cü il tarixli əmrinin icrası ilə əlaqədar son vaxtlar rəhbərlik etdiyi təhsil ocağında  bir sıra tədbirlər həyata keçirildiyini və bu gün də davam etdiyini bildirib. Şagirdlər arasında keçirilən bu müsabiqənin də məhz bununla bağlı olduğunu diqqətə çatdıran Q.Hüseynov onların dünyagörüşünün artırılmasında mütaliənin böyük əhəmiyyəti nəzərə alınaraq müxtəlif iş formaları ilə uşaqların bədii əsərlərin  mütaliəsinə həvəsləndirildiyini vurğulayıb. O, təfəkkürün inkişafına yönəlmiş mənəvi fəaliyyət forması olan mütaliənin tərbiyəvi əhəmiyyətindən  ətraflı danışıb və şagirdlərin mütaliəyə istiqamətləndirilməsini  onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına müsbət təsir edəcəyini qeyd edib.

Sonra 25  şagird tanınmış və sevilən şairlərin şeirlərini ifa etməklə öz qabiliyyətlərini göstərib. Şagirdlərin ifası münsiflər heyəti (direktor Qafar Hüseynov, direktor müavinləri Xanım Sultanova, Natavan Heydərova, məktəbin dil-ədəbiyyat müəllimi Həbibə Saribəyli,  “Hədəf”  kursları MMC-nin tədris işləri üzrə direktor müavini Elxan Nəcəfov və “Hədəf” kursları Nizami rayon filialının müdiri Məhəmməd Xankişiyev) tərəfindən tələffüz, ifadəlilik, emosionallıq, jest-mimika, səhnə mədəniyyəti və davranışı nəzərə alınaraq qiymətləndirilib. Nəticədə 1 nəfər I yerə, 2 nəfər II yerə, 3 nəfər III yerə, 6 nəfər isə həvəsləndirici yerə layiq görülüb. Qaliblərə diplomlar təqdim olunub.    

Böyütmək üçün seçinRəşad RAMAZANOĞLU,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov