| 
						 
						Xəzər Universitetində tələbələr üçün sosioloji 
						araşdırmalar üzrə təlimlər keçirilir. Təlimdə iştirak 
						edən tələbələrə internet üzərindən anket sorğularının 
						hazırlanması, sosioloji araşdırmaların metodologiyası, 
						sorğu texnologiyaları və s. üzrə universal biliklər 
						öyrədilir. 
						
						“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasından 
						AZƏRTAC-a bildirilib ki, təlimlər Azərbaycan Gənclər 
						Fondunun maliyyə dəstəyi, assosiasiyanın təşkilati 
						dəstəyi ilə həyata keçirilən “Gənclər üçün sosioloji 
						araşdırmalar üzrə ustad dərsi” layihəsi çərçivəsində 
						təşkil olunur. 
						
						Təlimdən sonra gənclər sahəsinə həsr olunmuş 
						mövzularda internet sorğular həyata keçiriləcək. 
						Layihənin sonunda iştirakçılara sertifikat və mükafatlar 
						təqdim olunacaq.  |