| 
						 
						
						
						 Bakı şəhəri 158 nömrəli tam orta  məktəbdə  
						görkəmli  şair Səməd Vurğunun “Azərbaycan” şeirində 
						bədii təsvir vasitələri mövzusunda “açıq dərs” keçilib. 
						Dərs prosesində məktəbin Azərbaycan dili  və ədəbiyyatı 
						müəllimi Xuraman Əliyeva interaktiv təlim metodlarından 
						ustalıqla bəhrələnib. Slaydlar vasitəsilə  səslənən  
						“Azərbaycan” şeirinin sədaları şagirdləri daha  da fəal 
						olmağa həvəsləndirib.  Dərsdə əqli hücum, müqayisə, 
						diskussiya və s. üsullardan istifadə  olunub  və  ilkin  
						mərhələdə  motivasiyanın yaradılmasına üstünlük verilib. 
						“Azərbaycan nə üçün qüdrətli bir ölkədir”  tədqiqat  
						xarakterli  sualla  sinfə müraciət edən müəllim  5-ç 
						sinfinin şagirdlərini    mövzuya uyğun olaraq  
						“Azərbaycan”, “Qarabağ”  “Kəpəz”, “Bənövşə” və  
						“Göyəzən” adlı qruplara  bölüb.  Sonra qrupun  
						rəhbərləri - Ayətdin Heydərov, Səbinə Şərbətzadə,  
						Şəkərəli Süleymanov, Xanım Hüseynova, Günay  Bayramova 
						rəngli kartoçkalarda  təqdim olunan   suallarla tanış 
						olublar. Onlar  Səməd Vurğunun “Azərbaycan” şeirində  
						işlənmiş  bədii təsvir və ifadə vasitələrini  çox aydın 
						şəkildə dəqiq müəyyən ediblər. İkinci mərhələdə qruplar 
						arasında şeir yarışı keçirilib. Tayfun, Xeyransa, Nurlan, 
						Nəzrin, Telman, Məryəm, Rəvan, Nərgiz və Nihad    
						görkəmli ədibin şeirlərindən nümunələr söyləyiblər.  
						Abduləziz Məmmədov və Günay Bayramovanın ifasında 
						“Ananın öyüdü” şeiri səhnələşdirilmiş formada nümayiş 
						edilib. Üçüncü mərhələdə isə müxtəlif tapşırıqlar 
						yazılmış kartoçkalar qruplara paylanılıb. Yenə rəsm 
						nümunələri göstərilib, müxtəlif mövzularda esse oxunub. 
						Şagirdlər cavablarında Azərbaycanın  necə  qüdrətli bir 
						dövlət olduğunu ifadə ediblər.   
						
						Xuraman müəllim dərsdə qiymətləndirməni hər qrup 
						üçün meyar cədvəlinə əsasən həyata keçirməklə dərsin  
						bütün mərhələlərində qiymətləndirmə aparıb. 
						Qiymətləndirmə  uşaqlar üçün özünüqiymətləndirmə və  
						özünənəzarət prinsipi ilə  həyata keçirilib. Müəllim 
						uşaqların fəallığını qiymətləndirib. Sonda müəllim  evə 
						“Mənim vətənim çox qüdrətli ölkədir”  mövzusunda  esse 
						yazmağı  tapşırıb. Dərsin gedişindən razı qaldıqlarını 
						bildirən  qonaqlar qeyd ediblər ki,  BİBÖ, Venn 
						diaqramı, klaster, auksion, söz assosiasiyası, rollu 
						oyunlar  və s. kimi  yeni təlim üsulları ilə keçilən bu 
						cür  dərslər daha  maraqlı olur.   Məktəbin direktoru  
						Mehriban Ələkbərova  şagirdlərin cavablarından və 
						ümumiyyətlə, yeni təlim metodlarından  istifadə 
						olunmaqla nümayiş olunan “açıq dərs”dən razı qaldığını 
						söyləyib.   
						
						
						Sifai SƏFƏROVA, 
						“Azərbaycan müəllimi”  |