“Olimpiya
hərəkatı” proqramı çərçivəsində atletika idman növü üzrə
Nərimanov rayon birinciliyi keçirilib.
“Olimpiya hərəkatı” proqramı Beynəlxalq Olimpiya
Komitəsi və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı
olan “Coca-Cola” şirkəti, Azərbaycan Respublikasının
Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və
İdman Nazirliyi tərəfindən birgə həyata keçirilir.
Proqramın əsas məqsədi “Bakı 2015” birinci Avropa
Oyunlarının sosial və idman irsini davam etdirməkdən
ibarətdir. Layihə idmanın dörd növünü - basketbol 3x3,
velosiped, atletika və badmintonu əhatə edir. “Olimpiya
hərəkatı” proqramı ölkəmizdə uşaqların idmana daha geniş
cəlb olunması, şagirdlərə sağlam və aktiv həyat
tərzinin, olimpiya dəyərlərinin təşviqi məqsədi ilə
həyata keçirilir.
Yarışlar Bakı şəhəri Nərimanov rayonunda yerləşən
Respublika Olimpiya Mərkəzində baş tutub. Rayon
birinciliyində 22 ümumtəhsil məktəbinin komandası
iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən
yarışın ümumi nəticələrinə görə I yeri “Ankara məktəbi”
məktəb-liseyi, II yeri 112 nömrəli, III yeri isə 177
nömrəli ümumtəhsil məktəblərinin komandaları tutaraq
final mərhələsinə vəsiqə qazanıb.
Qalib və iştirakçılar təşkilatçılar tərəfindən
diplomlarla mükafatlandırılıblar. |