Yeniyetmələr
arasında cüdo üzrə Azərbaycan birinciliyinə yekun
vurulub. AZƏRTAC xəbər verir ki, üç gün davam edən
turnirdə bütün çəki dərəcələrində qaliblər müəyyənləşib.
Yarışın son günündə Vüsal İbrahimov (55 kq), Paşa Əliyev
(73 kq), İmran Yusifli (90 kq), Məhəmməd Abdullayev (90
kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə
qalxıblar.
Ümumi komanda hesabında “Neftçi” (3 qızıl, 5 gümüş, 7
bürünc medal) birinci olub. “Qəbələ” 3 qızıl, 2 gümüş, 4
bürünc medalla ikinci, 13 nömrəli İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin
komandası (3 qızıl, 2 bürünc) isə üçüncü pillədə
qərarlaşıb. |