| 
						 
						
						Ölkənin bütün təhsil müəssisələrində çalışan müəllimlər, 
						pedaqoqlar tədris etdikləri fənlərlə bağlı fərdi 
						pedaqoji təcrübələrini, müasir dərsin  əsas meyarlarını 
						özündə əks etdirən metodiki yazılarını təqdim etməklə 
						müsabiqədə  iştirak  edə  bilərlər.  Yazılar  01  yanvar 
						2016-cı  il  tarixdən 31 yanvar 2016-cı il tarixinədək
						muallim@edu.gov.az 
						elektron poçt ünvanında qəbul ediləcək. Təşkilat 
						Komitəsi tərəfindən keçiriləcək təntənəli mərasimdə 
						qaliblərin qiymətli hədiyyə və diplomlarla 
						mükafatlandırılması nəzərdə tutulur. Təqdim olunan 
						yazılar tanınmış pedaqoq, alim və təcrübəli 
						müəllimlərdən ibarət münsiflər heyəti tərəfindən 
						qiymətləndiriləcək.  
						
						
						Müsabiqənin əsas şərtləri: 
						
						
						1. Yazılar Azərbaycan dilində, Times New Roman 
						şrifti ilə təqdim edilməli,  həcmi 6 min 
						işarədən az,  9 mindən çox olmamalıdır. 
						
						
						2. İştirakçılar   təqdim   olunan   yazıların   sonunda   
						zəruri   məlumatları  (adı, soyadı, əlaqə telefonu, 
						çalışdığı təhsil müəssisəsinin adı və tutduğu vəzifə) 
						qeyd etməlidirlər. 
						
						
						3. Hər iştirakçı müsabiqəyə bir yazı təqdim edə bilər. 
						
						
						4. Yazıların əvvəlində  müsabiqə üçün hazırlandığı qeyd 
						olunmalıdır. 
						
						
						   
						Əlaqə üçün: 
						(012) 561-60-41,  (012) 538-51-41  
						
						
						
						TƏŞKİLAT KOMİTƏSİ  |