![]() |
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Azərbaycan Prezidenti İlham Əliyevə Moskva Dövlət Universitetinin fəxri professoru adı verildi
MDU-nun rektoru, akademik Viktor Sadovniçi
Azərbaycan dövlətinin başçısını, onun xanımı
Mehriban Əliyevanı və qızını - Heydər
Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin
rəhbəri Leyla Əliyevanı universitetin əsas giriş
qapısının yanında səmimiyyətlə qarşıladı.
Elmi Şuranın iclasının iştirakçıları
salona daxil olan Azərbaycan Prezidentini hərarətlə
qarşıladılar. Təbrik sözü ilə çıxış edən MDU-nun rektoru Azərbaycan dövlətinin başçısının tərcümeyi-halının və siyasi fəaliyyətinin əsas mərhələləri, onun beynəlxalq aləmdə uğurları barədə məlumat verdi. Viktor Sadovniçi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə görüşləri barədə xatirələrini də söylədi, bu görkəmli siyasi xadimin MDU-ya göstərdiyi diqqət və qayğını vurğuladı. MDU-nun rektoru Rusiya ilə Azərbaycan arasında
əlaqələrin inkişafına, hər iki ölkənin
xalqlarının rifahı naminə təhsilin və elmin
inkişafına, Azərbaycanın MDU ilə
səmərəli əməkdaşlığına
verdiyi sanballı töhfələrə görə Prezident
İlham Əliyevə MDU-nun fəxri professoru adı
verilməsi barədə Elmi Şuranın qərarını
oxudu.
Mərasimdə çıxış edən
universitetin kimya fakültəsinin dekanı, akademik Valeri Lunin,
MDU-nun birləşmiş həmkarlar ittifaqı
komitəsinin sədri İqor Kotlobovski Azərbaycanın
iqtisadi sahədə uğurlarını, ölkənin bütün
sahələrdə, o cümlədən təhsil və idman
sahələrində dinamik inkişafında Prezident İlham
Əliyevin xidmətlərini vurğuladılar. Ali
riyaziyyat və kibernetika fakültəsinin üçüncü kurs
tələbəsi, MDU-nun Azərbaycanlı Gənclər
Klubunun sədri ülfət Əliyev bu nüfuzlu ali
məktəbdə təhsil alan 200-dən çox
azərbaycanlı tələbə adından Prezident İlham
Əliyevi yüksək ada layiq görülməsi münasibətilə
təbrik etdi və dövlətimizin başçısını
əmin etdi ki, azərbaycanlı gənclər Rusiya paytaxtında
ölkəmizi ləyaqətlə təmsil
edəcəklər. Azərbaycan Prezidenti universitetin
tələbə və müəllimləri qarşısında
mühazirə ilə çıxış etdi. Dövlətimizin başçısı
bu şöhrətli ali məktəbin professoru olmaq şərəfinə
layiq görüldüyü üçün universitetin Elmi Şurasına təşəkkürünü
bildirdi. O, Azərbaycan ilə Rusiya arasında münasibətlərin
yüksək səviyyədə olmasını vurğulayaraq
dedi ki, bu münasibətlər hərtərəfli və müxtəlif
səpgilidir, hər iki dövlətin başçıları
bunu regionda sülhün, təhlükəsizliyin və davamlı
inkişafın təminatı kimi
qiymətləndirirlər. Prezident İlham Əliyev xüsusi
vurğuladı ki, 2000-ci ildən bəri iki dövlət arasında
münasibətlər yeni mərhələyə - strateji
tərəfdaşlıq mərhələsinə çatmışdır.
Dövlətimizin başçısı humanitar
sahədə əməkdaşlıq
məsələləri üzərində ətraflı
dayanaraq bildirdi ki, Bakıda Slavyan Universiteti, təhsilin rus
dilində olduğu məktəblər fəaliyyət göstərir,
rus dilində qəzetlər nəşr edilir. Azərbaycan
cəmiyyətində beynəlmiləlçilik və tolerantlıq
ənənələri çox güclüdür. Bakıda MDU-nun filialının
açılması iki ölkə xalqlarının bir-birinə
yaxınlaşmasına yönəlmiş daha bir amil olacaqdır.
Prezident İlham Əliyev bildirdi ki,
Azərbaycanın büdcəsində müdafiə
sahəsindən sonra ikinci ən mühüm sahə
təhsildir. 2007-2015-ci illərdə azərbaycanlı
tələbələrin xarici ölkələrdə
təhsil almaları üçün Dövlət Proqramı qəbul
edilmişdir. Son illərdə ölkədə ən müasir
kompüter avadanlıqları ilə təchiz olunmuş 1200
ümumtəhsil məktəbi tikilmişdir. Dövlətimizin başçısı
Azərbaycanın və Rusiyanın elm və təhsil
dairələri arasında əməkdaşlığın
fəallaşdırılmasını arzuladı. Sonra Prezident İlham Əliyev
tələbələrin suallarına cavab verdi. Mühazirə başa çatandan sonra
həmvətənimiz Mirzə Əsgərovun
rəhbərlik etdiyi akademik tələbə xorunun ifasında
"Almanı atdım xarala" Azərbaycan xalq mahnısı
və "Uzun illər" adlı ənənəvi
təbrik mahnısı səsləndi. Prezident İlham Əliyev MDU-nun Fəxri
qonaqlar kitabına ürək sözlərini yazdı. Dövlətimizin başçısı MDU-nun müəllimləri
və tələbələri ilə xatirə şəkli
çəkdirdi.
"Ən
yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi
Qaydaları və ümumtəhsil məktəblərinə
verilmiş mükafatın istifadə
istiqamətləri"nin və "Ən yaxşı müəllim
müsabiqəsinin keçirilməsi Qaydaları"nın
təsdiq edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin Fərmanı "Ən yaxşı ümumtəhsil
məktəbi və ən yaxşı müəllim mükafatlarının
təsis edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli
sərəncamının icrasını təmin etmək
məqsədi ilə qərara alıram: 1. "Ən yaxşı ümumtəhsil
məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları
və ümumtəhsil məktəblərinə verilmiş mükafatın
istifadə istiqamətləri" təsdiq edilsin
(əlavə olunur). 2. "Ən yaxşı müəllim müsabiqəsinin
keçirilməsi Qaydaları" təsdiq edilsin
(əlavə olunur). 3. Ən yaxşı ümumtəhsil
məktəbi və ən yaxşı müəllim mükafatları
üçün tələb olunan xərclərin ödənilməsi dövlət
büdcəsinin mərkəzləşdirilmiş
xərclərində Azərbaycan Respublikasının
Təhsil Nazirliyi üzrə nəzərdə tutulmuş
vəsait hesabına təmin edilsin. 4. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu fərmandan irəli gələn
məsələləri həll etsin. 5. Bu fərman imzalandığı gündən
qüvvəyə minir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 25 fevral 2008-ci
il
|
![]() |
![]() |
![]() |
![]() |