| 
								 
								 Haqqında  
								
								Akademik Zərifə Əliyeva adına məktəb Bakı şəhəri 
								Yasamal rayonu ərazisində yerləşir. Məktəb 
								Heydər Əliyev Fondunun dəstəyi ilə 28 aprel 
								2008-ci ildə görkəmli oftalmoloq alim Zərifə 
								xanım Əliyevanın anadan olmasının 85 illik 
								yubileyi ərəfəsində açılıb. Açılış mərasimində 
								Azərbaycan Respublikasının Prezidenti cənab 
								İlham Əliyev iştirak edib, məktəbin 
								maddi-texniki bazası ilə tanış olduqdan sonra 
								onun  haqqında xoş sözlər söyləyib. 
								
								Məktəb Təhsil Nazirliyinin tabeliyindədir. 
								Təhsil ocağında 2011-2012-ci tədris ilindən X 
								siniflərdə təmayüllər üzrə tədrisin təşkili 
								pilot layihəsi tətbiq edilir. İlk dəfə 
								2008-2009-cu tədris ilində fəaliyyətə başlayan 
								məktəbdə IX-X siniflərdə təhsil alacaq 700 
								nəfərə yaxın şagird müsabiqə yolu ilə 
								seçilmişdi. Hazırda tədris ocağında 41 nəfər 
								müəllim 503 şagirdin təlim-tərbiyəsi ilə məşğul 
								olur. Məktəbin direktoru respublikanın əməkdar 
								müəllimi Məhəbbət Vəliyevadır. Məktəbdə 
								siniflərin təmayüllər üzrə komplektləşməsi 
								şagirdlərin maraq göstərdikləri fənləri daha 
								dərindən öyrənmələrinə imkan verir. Tədris 
								ocağında fundamental və tətbiqi elmlərin 
								tədrisi, bilik yarışlarının keçirilməsi, 
								ölkədaxili və beynəlxalq olimpiadalarda iştirak, 
								xaricdə və respublikanın nüfuzlu ali 
								məktəblərində təhsil almaq  prioritet 
								məsələlərdən hesab olunur. Məktəbin pedaqoji 
								kollektivi öz işində şagirdlərə müstəqil 
								düşünmək,  mühakimə yürütmək,  nəticə çıxarmaq, 
								tədqiqat  aparmaq  kimi  bacarıq və  
								vərdişlərin  formalaşmasını əsas  tutur.  
								2009-cu  ildən  məktəb  Təhsil  Nazirliyi  
								tərəfindən həyata keçirilən "Elektron məktəb" 
								pilot layihəsinə qoşulub. Məktəbin rəsmi saytı 
								
								z-aliyeva.edu.az-dır.    
								
								 Məqsəd 
								və vəzifələr  
								
								Məktəbin əsas məqsədi milli mənəvi dəyərlərə, 
								yaradıcı təfəkkür və məntiqi yanaşmaya malik 
								gənclərin dünyaya inteqrasiya edilməsi, müstəqil 
								şəxsiyyət kimi formalaşdırılmasından ibarətdir. 
								Təlim-tərbiyə yeni və səmərəli təhsil 
								yanaşmaları, müasir metod və texnologiyalar 
								üzərində qurulur. Məktəbin əsas vəzifəsi 
								cəmiyyətə yararlı, hərtərəfli inkişaf etmiş 
								layiqli vətəndaş formalaşdırmaq, dünyanın 
								qabaqcıl və nüfuzlu ali təhsil müəssisələrində 
								təhsil ala biləcək şagirdlər yetişdirməkdir. 
								Məktəb fundamental və tətbiqi biliklərin 
								öyrədildiyini əsas tutaraq, tədris prosesinin 
								tədqiqatyönümlü olmasına şərait yaradır, 
								şagirdləri yaradıcılığa və axtarışa 
								həvəsləndirir, onların istedadını müxtəlif 
								yollarla üzə çıxarır, nümayiş etdirir və 
								dərsdənkənar təlim imkanlarını genişləndirir. 
								Şagirdlərdə vətənpərvərlik, səmimilik, 
								dözümlülük, tolerantlıq, xalqa məhəbbət 
								duyğuları tərbiyəsi ön plana çəkilir, 
								dövlətçilik prinsiplərinin qorunması hər bir 
								şagirdə aşılanır.  
								
								Maddi-texniki baza  
								
								 Akademik 
								Zərifə Əliyeva adına məktəb 840 yerlikdir və bir 
								korpusdan ibarət üçmərtəbəli binada yerləşir. 
								Məktəbdə 41 sinif otağı, multimedia və  fənn 
								kabinetləri, fizika və kimya laboratoriyaları, 4 
								kompüter otağı, müəllimlər otağı, kitabxana, 
								yeməkxana, idman  zalı mövcuddur.  Sinif 
								otaqları, laboratoriyalar və idman zalı müasir 
								avadanlıqlarla tam təchiz olunmuş, süni örtüklü 
								futbol, voleybol və basketbol meydançaları 
								şagirdlərin ixtiyarına verilmişdir. Bununla 
								yanaşı, məktəbin geniş və işıqlı informasiya 
								resurs mərkəzi,  dərslik, elmi və bədii 
								ədəbiyyatla zəngin kitabxanası vardır. Məktəbdə 
								Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin xətti 
								ilə resurs mərkəzi yaradılıb. Mərkəzdə toplanan 
								zəngin kitab bazasından müəllim və şagirdlər 
								istifadə edir. 
								
								Məktəbdə akademik Zərifə Əliyevanın adını 
								əbədiləşdirmək məqsədilə xatirə zalı 
								yaradılmışdır. Zalda görkəmli oftalmoloqun həyat 
								və yaradıcılığını, ictimai fəaliyyətini əks 
								etdirən fotoşəkillər nümayiş olunur. Bununla 
								yanaşı, zalda ümummilli lider Heydər Əliyev və 
								Azərbaycan Respublikasının Prezidenti İlham 
								Əliyevin fotoşəkillərindən ibarət  stendlər 
								yaradılmışdır. Tədris ocağına qəbul olunan 
								şagirdlərin məktəb həyatı məhz bu xatirə 
								zalından başlanır. Şagirdlər görkəmli 
								oftalmoloq, akademik Zərifə xanım Əliyevanın 
								həyat və fəaliyyətini əks etdirən fotoşəkillərlə 
								tanış olur, haqqında  ətraflı məlumatlar əldə 
								edirlər. Bir vaxtlar Zərifə xanım Əliyevanın 
								devizi olmuş "Günəştək olaq" ifadəsi bu gün 
								təkcə şagirdlərin yox, ümumiyyətlə məktəbin 
								həyat devizinə çevrilmişdir. Xatirə zalında bir 
								çox müxtəlif tarixi günləri və əlamətdar 
								hadisələri əks etdirən fotoşəkillər də 
								mövcuddur.  
								
								Akademik Zərifə Əliyevanın yubileyi ərəfəsində 
								məktəbin şagirdləri bu şəxsiyyətin həyatını 
								ətraflı tədqiq edir, onun həm həkim, həm də bir 
								vətəndaş kimi fəaliyyətini əks etdirən 
								təqdimatlar hazırlanır, mövzu ilə bağlı inşa 
								yazı müsabiqələri keçirilir.  
								
								Tədris və təlim-tərbiyənin təşkili  
								
								 Məktəb 
								birnövbəlidir. Qəbul müsabiqə yolu ilə keçirilir 
								və siniflər riyaziyyat-texniki, 
								riyaziyyat-iqtisadiyyat, humanitar və təbiət 
								fənləri təmayülləri üzrə komplektləşdirilir. 
								Məktəbdə Azərbaycan və rus bölmələri fəaliyyət 
								göstərir. Məktəbin strukturu IX-XI siniflərdən 
								ibarətdir. Tədris  ili iki yarımilliyə  bölünür. 
								Dərslər qoşa saatlarla tədris olunur. 
								Şagirdlərin bilik səviyyəsini yoxlamaq üçün 
								mikrosummativ və makrosummativ qiymətləndirmə 
								testləri, mövzu və bölmələr üzrə şifahi sorğu, 
								müxtəlif fənlər üzrə layihə işlərinin müdafiəsi 
								və sinifdən-sinfə keçid imtahanları keçirilir. 
								Qiymətləndirmə 5 ballıq sistemlə aparılır. I və 
								II yarımilin sonunda şagirdlər yekun imtahanı 
								verirlər. Bundan başqa, şagirdlərin əldə etdiyi 
								biliklərin səviyyəsini yoxlamaq üçün dekabr və 
								aprel aylarında aralıq imtahanları - 
								Məktəbdaxili Qiymətləndirmə Testləri (MQT) 
								keçirilir. Testlərə hazırlıq məqsədi ilə xüsusi 
								seminarlar, məsləhət saatları təşkil edilir. MQT 
								-nin nəticələrinə əsasən hər bir sinfin, 
								fənnin,  müəllimin,  şagirdin müvəffəqiyyət 
								faizləri hesablanır, reytinq cədvəlləri 
								hazırlanır və yüksək bal toplamış 6 şagird 
								təqaüdə layiq görülür. Tətil müddətində 
								şagirdlər üçün mühazirə və seminarlar təşkil 
								olunur. 
								
								Məktəbdə şagirdlərə vətənpərvərlik və insani 
								keyfiyyətləri aşılamaq məqsədilə sistemli 
								tədbirlər keçirilir. Hər il akademik Zərifə 
								Əliyevanın doğum günü ərəfəsində ənənəvi olaraq 
								keçirilən "Sağlam həyat" aksiyası çərçivəsində 
								Respublika Talassemiya Mərkəzində qanvermə, 
								Gözdən Əlil Uşaqlar üçün Respublika İnternat 
								Məktəbində təşkil olunan tədbirlər şagirdlərə 
								əlavə stimul verir. Bundan başqa, aksiya 
								çərçivəsində şagirdlər böyük alimin həyat və 
								yaradıcılığını dərindən öyrənmək məqsədilə 
								tədqiqat işi aparır və layihələrin müdafiəsi 
								keçirilir. 2011-ci ildə keçirilən ənənəvi 
								"Sağlam həyat" xeyriyyə  aksiyasında  məktəbin 
								şagird və müəllim heyətinin vəsaiti hesabına 
								ehtiyacı olan xəstələrə dərman preparatları 
								paylanmışdır.  
								
								 Məktəbdə 
								keçirilən  tədbirlərdən biri də 28 
								May-Respublika gününə həsr olunmuş "Biz hamımız 
								Mübarizik" adlı hərbi-vətənpərvərlik yarışıdır. 
								Bu yarışların təşkilatçısı məktəbin gənclərin 
								çağırışaqədərki hazırlıq üzrə rəhbəri, Milli 
								Ordunun ehtiyatda olan zabiti Qılman Eyvazov 
								şagirdlərin vətənə layiqli əsgər kimi 
								yetişdirilməsində mühüm rol oynayır.  Fiziki 
								tərbiyə müəllimləri İslam Rəhimov, Svetlana 
								Məmmədova, Sudef Quliyev və Tamella 
								Səlahətdinovanın təşkil etdikləri "Məktəb, 
								ailə,  idman"  yarışları böyük maraq doğurur və 
								bununla da ailələrlə məktəb arasında bir körpü 
								yaranır. Əlamətdar  günlərin tədbirlər planı 
								əsasında təşkil olunaraq keçirilməsi əsas 
								vəzifələrdən hesab edilir. 
								
								Məktəbin ümumi fəaliyyətindəki üstünlüklərindən 
								biri də ali məktəblər və müxtəlif dövlət 
								qurumları ilə sıx əməkdaşlıq etməsidir. BDU-nun, 
								AMEA-nın Radiasiya İnstitutunun, Dövlət Neft 
								Şirkətinin laboratoriyalarında kimya, biologiya 
								və fizika fənləri üzrə aparılan təcrübələr, 
								Milli Məclisin, Rabitə və İnformasiya 
								Texnologiyaları Nazirliyinin, İnformasiya və 
								Texnologiya İnstitutunun, Ekologiya və Təbii 
								Sərvətlər Nazirliyinin, BP şirkətinin iş 
								prinsipi ilə tanışlıq şagirdlərin peşə seçiminə, 
								praktik biliklərə yiyələnməsinə kömək edir.
								 
								
								Məktəbdə riyaziyyat  müəllimlərinin seminarları 
								təşkil olunur. Dərslik müəlliflərinin də 
								qatıldığı bu seminarlarda müəllimlər şagirdlərin 
								ənənəvi olaraq çətin mənimsədiyi mövzular üzrə 
								maraqlı çıxışlar edirlər. Bu çıxışlarda həmin 
								mövzuların tədrisi metodikası haqqında müxtəlif 
								baxışlar ortaya qoyulur, dərslikdə onların  i şıqlandırılması 
								vəziyyəti müzakirə olunur. Müzakirələrin 
								nəticəsində meydana çıxan səmərəli təkliflər 
								dərsliklərin təkmilləşdirilməsi məqsədilə 
								növbəti nəşrlərdə nəzərə alınır. Dərsliklərin 
								həmmüəllifi professor Məmməd Yaqubovun və  digər 
								məktəblərin riyaziyyat müəllimlərinin iştirakı 
								bu seminarların işini daha da maraqlı edir. 
								Şagirdlər riyaziyyat seminarlarındakı 
								müzakirələrdən çox faydalanırlar. 
								
								Riyaziyyat olimpiadalarına maraq göstərən 
								şagirdlər üçün həftədə bir dəfə iki saatlıq 
								seminarlar təşkil olunur. Bu seminarlarda 
								şagirdlər dərsliklərdən kənar riyaziyyat dünyası 
								ilə tanış olmaq imkanı əldə edirlər. Bəzən 
								dərslər iki və ya üç müəllim tərəfindən 
								aparılır. Siniflərarası riyaziyyat yarışmaları 
								da şagirdlərin marağına səbəb olur. Rəqib 
								komandaya qalib gəlmək arzusu şagirdləri 
								saatlarla öz üzərlərində işləməyə vadar edir ki, 
								bu da nəticədə məktəbin ümumi uğuruna gətirib 
								çıxarır. 
								
								Məktəbdə ənənəvi olaraq "ustad dərsləri" təşkil 
								olunur. Bu dərslərə şagirdlərin göstərdiyi maraq 
								akademik Zərifə Əliyeva adına məktəbin 
								müəllimlərinin öz sənətinə bağlı, riyaziyyatın 
								incəliklərinə bələd mütəxəssislər olduğunu 
								göstərir. 
								
								Məktəbin tarix kafedrasının müəllimlərinin 
								təşəbbüsü ilə  təşkil olunan virtual konfranslar 
								artıq ənənə halını almışdır. Belə ki, əlamətdar  
								günlərə həsr olunmuş tədbirlərdə məktəbin 
								müəllim və şagirdlərinin iştirakı ilə digər 
								məktəblərlə onlayn əlaqə yaradılaraq fikir 
								mübadiləsi aparılır, şagirdlərin sərbəst şəkildə 
								fikirləri dinlənilir. 20 Yanvar və Xocalı 
								faciəsi, 31 Mart Azərbaycanlıların soyqırımı 
								günü ilə bağlı tədbirlərdən sonra şagirdlər 
								müxtəlif dillərdə tərtib etdikləri bəyanatları 
								bir çox xarici ölkələrdəki ictimai təşkilatlara 
								və digər qurumların elektron ünvanlarına 
								göndərirlər. 
								
								 Məktəb 
								daim Təhsil Nazirliyi tərəfindən diqqətdə 
								saxlanılır. Təhsil naziri Misir Mərdanov 
								məktəbdə baş verən prosesləri izləyir, məktəbin 
								tədbirlərində iştirak edir, tapşırıq və 
								tövsiyələr verir. 
								
								Məktəbdə olan xarici qonaqlar Ankara şəhər 
								Təhsil İdarəsinin müdiri Kamil Aydoğan, 
								İSESKO-nun baş katibi  Əbdüləziz bin Osman Əl 
								Tüveycri, Belarusun təhsil naziri  Aleksandr 
								Radkov, İNTEL Şirkəti İdarə Heyətinin sədri 
								Kreyq Barret və başqaları məktəbin strukturu və 
								fəaliyyəti ilə yaxından tanış olmuş və məktəb 
								haqqında xoş sözlər söyləmişlər.  
								
								Pedaqoji kollektiv  
								
								Məktəbdə yüksək peşəkarlığı ilə seçilən 41 
								müəllim fəaliyyət göstərir. Müəllimlərdən 
								Mehriban Vəliyeva, Kamran Rəhimov, Samirə 
								Məsimova, Elxan Əmirbəyov elmlər namizədi, 
								Ələddin Məmmədli, Aygün Əzizova, Samirə Bəktaşi, 
								Mehriban Vəliyeva, Rüfət Rizayev, Zemfira 
								Məhəmmədova, İradə Səmədova, Aynur Hüseynova isə 
								"Ən yaxşı müəllim" müsabiqəsinin qalibləridir.
								 
								
								Məktəbin direktoru Məhəbbət Vəliyeva əməkdar 
								müəllim fəxri adına, Aygün Əzizova və Ələddin 
								Məmmədli isə "Tərəqqi" medalına layiq 
								görülmüşlər. Bununla yanaşı, məktəbin 
								müəllimlərindən Samirə Bəktaşi, Aygün Əzizova 
								dərsliklərin qiymətləndirilməsində,  Elmira 
								Musayeva və Dürrə Hidayətzadə isə monitorinq və 
								qiymətləndirmə ilə bağlı işçi qrupunda fəal 
								iştirak etmişlər. Müəllimlərin peşəkarlıq 
								səviyyəsinin artırılması məqsədilə məktəbdə 
								İNTEL "Gələcək üçün Təhsil", "Elektron məktəb" 
								layihələri, interaktiv löhvə ilə tədris 
								təlimləri, "Öyrədənlərin öyrədəni" fənn 
								kurikulumlarının tətbiqi kursu, "Şagirdlərdə 
								idraki qabiliyyətlərin inkişaf etdirilməsi 
								vasitələri" layihəsi çərçivəsində treninqlər 
								keçirilmişdir. Bundan başqa, müəllimlərdən Aygün 
								Əzizova Şimali Kiprdə, Natalya  Qurbanova 
								Ukraynanın Soçi şəhərində, Samirə Bəktaşi, 
								Dürrə  Hidayətzadə və Rəna Süleymanova 
								Türkiyədə, İradə Səmədova və Aynur  Hüseynova 
								isə Kanadada təşkil olunan treninq və 
								tədbirlərdə iştirak edərək sertifikatlar 
								almışlar.  
								
								İKT-nin tətbiqi  
								
								Məktəbdə informasiya-kommunikasiya 
								texnologiyaları geniş tətbiq edilir, bütün fənn 
								müəllimlərinin və şagirdlərin keyfiyyətli təhsil 
								alması üçün hərtərəfli imkanlar yaradılıb. 
								Hazırda məktəbdə 33 proyektor, 75 stolüstü 
								kompüter (PC), 27 noutbuk, lisenziyalı proqram 
								təminatı, 8 interaktiv qurğu, WI-FI zonası 
								mövcuddur. Fiberoptik İnternet və intranet 
								yüksəksürətli şəbəkədən müəllim və şagirdlər 
								gündəlik istifadə edirlər.  Bu zəruri 
								avadanlıqların olması məktəbdə artıq bir ildir 
								ki,  elektron jurnalın istifadəsini təmin 
								etmişdir. Məktəbdə İKT üzrə savadlılığın 
								artırılması məqsədilə mütəmadi olaraq treninqlər 
								keçirilir. Şagird və müəllimlər ilboyu dərs 
								prosesində digər məktəblərdə keçirilən 
								tədbirləri veb kameralar vasitəsi ilə 
								izləyirlər. Şagirdlər müəllimlərlə daim onlayn 
								əlaqədədirlər. Məktəbdə elektron dərslər 
								qurulur,  müəllimlərin tapşırıqları elektron 
								poçt vasitəsi ilə təhlil edilir. Elektron 
								"qaynar xətt" mövcuddur ki, bu da şagirdlərdə 
								fikirlərini müstəqil ifadə etmək imkanı yaradır, 
								rəhbərliyə daxil olan şikayət və təkliflər 
								obyektiv araşdırılır.  İnformasiya 
								texnologiyaları məktəbdə effektiv  alətlər kimi 
								müəllimlərin yardımçısıdır və təhsilin 
								inkişafına  xidmət edir. Bunun nəticəsidir ki, 
								innovativ müəllimlər müsabiqəsində iştirak edən 
								pedaqoji kollektivin üzvləri yüksək yerlər 
								tutaraq  mükafatlandırılmışlar.   Şagirdlərin bu 
								sahəyə marağı və həvəsi onların müxtəlif 
								müsabiqələrdə iştirak etməsinə zəmin yaradır. 
								Məsələn, 2009-cu ildə 10 nəfər IX-XI sinif 
								şagirdi "Gənc kompüter istedadları" respublika 
								müsabiqəsində müxtəlif nominasiyalar üzrə I, II 
								və  III yerlərin qalibləri olmuşdur. 
								2010-2011-ci il "Elektron təhsil" respublika 
								müsabiqəsində isə müəllim və şagirdlər maraqli, 
								peşəkar və öyrədici proqramlar tərtib edərək 
								müxtəlif  mükafatlara layiq görülmüşlər. 
								 
								
								Şagirdlərə informatika dərslərində 
								proqramlaşdırma dilinin tədris olunması,  
								nəticədə onların "İNEPO-AVRASİYA" Ətraf Mühitin 
								Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasında 
								mühəndislik kateqoriyasında uğurlu iştirakına 
								gətirib çıxarmışdır. Məktəbin İKT profili üzrə 
								direktor müavini Aygün Əzizovanın rəhbərliyi ilə 
								şagirdlərdən Gülnar Rəhimova və Səbinə 
								İsayevanın "DELPHİ" proqramlaşdırma dilində   
								hazırladıqları  proqram qızıl medala layiq 
								görülüb. Məktəbin şagirdləri informatika fənni 
								üzrə rayon, şəhər və respublika müsabiqələrində 
								I, II və III yerləri qazanmışlar. 
								
								İKT-nin tədrisdə tətbiqi, informasiyaların 
								sürətli əldə olunması, virtual müqayisəli dərin 
								biliklərin öyrənilməsi sagirdlərdə özünəinam 
								hissi yaradır, özünüqiymətləndirmə və səhvlərin 
								aradan qaldırılması yollarını aşkar etmək 
								bacarıqları formalaşdırır. Bununla da şagirdlər 
								texnologiyalardan sərbəst istifadə edir və 
								gələcək fəaliyyətlərini  düzgün 
								müəyyənləşdirirlər. Görülən işlərin məntiqi kimi 
								son iki ildə məktəbin məzunlarından Qasım 
								Qasımzadə, Toğrul Cəlallı, Rəsul Axundov, Nərgiz 
								Məmmədli, Könül Əliyeva, Səbinə İsayeva, Fariz 
								Hüseynli, Kənan Osmanlı, Nazilə Əlibəyli, Əli 
								Qənbərov və Dadaş Ələkbərov yüksək ballarla 
								respublikanın və dünyanın nüfuzlu 
								universitetlərinə kompüter ixtisası üzrə daxil 
								olublar. 
								
								2009-cu ildə akademik Zərifə Əliyevanın doğum 
								günü ərəfəsində məktəbin fənlər üzrə inteqrativ 
								dərsləri Təhsil Nazirliyinin rəsmi (edu.gov.az) 
								saytında birbaşa canlı yayımlanmışdır.   
								
								Nailiyyətlər  
								
								Görülən işlər, aparılan islahatlar və yeniliklər 
								nəticəsində məktəbin uğurları günü-gündən artır. 
								Məktəbin yaranmasından cəmi üç il keçməsinə 
								baxmayaraq, istər Tələbə Qəbulu üzrə Dövlət 
								Komissiyasının keçirdiyi qəbul imtahanlarında, 
								istərsə də olimpiadalarda və müsabiqələrdə 
								şagirdlər uğurla iştirak edərək yüksək nəticələr 
								əldə etmişlər. Məktəbin direktoru Məhəbbət 
								Vəliyevanın və pedaqoji kollektivin gərgin əməyi 
								və yüksək təşkilatçılıq bacarıqları nəticəsində 
								məktəb ictimaiyyət arasında böyük nüfuz 
								qazanmışdır. 2009-2010-cu tədris ilində məktəbi 
								bitirən 48 məzundan 47 nəfəri respublikamızın və 
								dünyanın nüfuzlu ali təhsil müəssisələrinə daxil 
								olmuşdur. Məzunlardan 6 nəfəri ali məktəblərə 
								qəbul imtahanlarında 600-dən çox bal toplamış,  
								8 nəfəri isə xarici ölkələrin universitetlərinə 
								daxil olmuşdur.  
								
								Məktəbin 2010-2011-ci tədris ilində əldə etdiyi 
								uğurlar isə daha ürəkaçandır. Belə ki, bu il 
								məktəbi bitirən 173 məzunun hamısı qəbul 
								imtahanlarında yüksək nəticə göstərmiş və tələbə 
								adını qazanmağa nail olmuşdur. Bunlardan 20 
								nəfəri xarici ölkələrin, 153 nəfəri isə 
								respublikamızın ali təhsil müəssisələrinə daxil 
								olub. Məzunlardan 4 nəfəri xaricdə təhsil üzrə 
								Dövlət Proqramı çərçivəsində xarici ölkələrin 
								ali məktəblərində təhsil alırlar. Məzunların 41 
								nəfəri 600-dən, o cümlədən 15 nəfəri 650-dən 
								yuxarı bal  toplayıb.  XI sinif şagirdləri Lalə 
								Əhmədova, İlkin Hüseynzadə və Səbinə İsayeva 
								2011-ci ildə keçirilən "İNEPO AVRASİYA" Ətraf 
								Mühitin Mühafizəsi Beynəlxalq Layihə 
								Olimpiadasının qalibi olmuş və Təhsil Nazirliyi 
								tərəfindən keçirilən mərkəzləşdirilmiş 
								buraxılış  imtahanlarından azad edilmişlər. 
								Olimpiadanın qalibi olan şagirdlər onlara 
								göstərilən etimadı doğrultmuşlar. Belə ki, qəbul 
								imtahanlarında Səbinə İsayeva  680 bal, İlkin 
								Hüseynzadə 660 bal, Lalə Əhmədova isə 655 bal 
								toplayaraq ali məktəblərə daxil olmuşlar. Builki 
								məzunlardan məktəbi qızıl medalla bitirmiş 
								Mətanət Məmmədli (695 bal), Aydın Həsənli (690 
								bal), Məryəm Hüseynova (685 bal), Səbinə İsayeva 
								(680 bal) və Qüdrət Həsənli (675 bal) 
								göstərdikləri yüksək nəticələrə görə Prezident 
								təqaüdünə layiq görülmüşlər. 
								
								Məktəbin uğurları bunlarla bitmir. Şagirdlər 
								ölkədaxili və beynəlxalq miqyaslı 
								olimpiadalarda, yarışlarda, konfranslarda 
								iştirak edərək  diplomlarla təltif olunmuşlar. 
								Məktəbin şagirdləri komanda şəklində 2009-cu 
								ildə Rusiyanın Moskva şəhərində keçirilən 
								"Beynəlxalq intellektual oyunlar"  yarışmasında 
								I yerə, 2010-cu ildə Gürcüstanda keçirilən "Gənc 
								ekoloqlar" beynəlxalq turnirində  III yerə layiq 
								görülmüş, İEARN  təşkilatının dəstəyi ilə 
								Türkiyə və Kanadada keçirilən beynəlxalq 
								konfranslarda iştirak edərək diplomlarla təltif 
								olunmuşlar.  
								
								Məktəbin şagirdləri respublika fənn 
								olimpiadalarında və inşa müsabiqələrində, idman 
								yarışlarında oxuduqları təhsil ocağının adını 
								şərəflə qoruyurlar.   
								
								Məktəbin məzunu Kənan Əliyev qılıncoynatma üzrə 
								idman ustalığına namizəd, bir neçə beynəlxalq 
								turnirin qalibi, qılıncoynatma üzrə milli 
								komandanın üzvüdür.  
								
								Təhsil ocağının şagirdləri "Araz" kurslarının 
								Bakı şəhəri üzrə keçirdiyi "Bilik yarışı"nda II 
								yerə, Bakı şəhəri Yasamal rayonu Gənclər və 
								İdman İdarəsinin keçirdiyi XXII spartakiadada I 
								dərəcəli diploma layiq görülmüşlər.  
								
								Şagird Parlamenti  
								
								Şagirdlərin fəal həyat tərzinə alışdırılması, 
								onlarda liderlik keyfiyyətlərinin və idarəetmə 
								mədəniyyətinin formalaşdırılması məqsədilə  7 
								dekabr 2010-cu il tarixində akademik Zərifə 
								Əliyeva adına məktəbdə "İrəli " İctimai 
								Birliyinin dəstəyi ilə Sagird Parlamenti 
								yaradılmışdır. ŞP-nin tərkibinə məktəb 
								psixoloqunun hazırladığı xüsusi testin 
								nəticələri və demokratik seçki əsasında seçilmiş 
								IX-XI sinif  şagirdləri daxil edilib. Namizədlər 
								arasından idarəçilik, liderlik qabiliyyətinə 
								malik olan, fikrini müstəqil və sərbəst ifadə 
								edən, təlimdə yüksək göstəricilər qazanan 25 
								şagird seçilmişdir. ŞP-nin deputatı təyin edilən 
								bu şagirdlər  həm məktəb daxilində, həm də onun 
								hüdudlarından  kənarda şagird kollektivinin 
								mənafeyini müdafiə edərək qarşılarına qoyulan 
								vəzifələri yerinə yetirirlər.  
								
								Müxtəlif tarixi günlərlə bağlı "İrəli" İctimai 
								Birliyinin təşkil etdiyi tədbirlərdə də ŞP-nin 
								üzvləri fəal iştirak edirlər.  24 aprel  
								qondarma erməni soyqırımı günü, erməni 
								lobbisinin  millətimiz haqqında yaydığı 
								dezinformasiyaya cavab  olaraq parlamentin 
								üzvləri bunun böyük  yalan olması  ilə bağlı 
								məktubları Avropanın müxtəlif nüfuzlu dövlət  
								adamlarının elektron  ünvanlarına  göndərmişlər. 
								
								Şagird Parlamentində təhsil, mədəniyyət, turizm 
								və idman məsələləri, beynəlxalq əlaqələr, 
								mətbuat xidməti, hərbi-vətənpərvərlik, intizam, 
								təftiş və büdcə üzrə 7 daimi komissiya fəaliyyət 
								göstərir. Komissiyaların səmərəli işi  
								nəticəsində ŞP hər bir şagirdin hüquqlarının 
								qorunmasına, ehtiyaclarının təmin olunmasına 
								xidmət edən sağlam demokratik mühitin 
								yaranmasına nail olmuşdur. 
								
								Məktəbin rəhbərliyi və pedaqoji kollektivi 
								yaradılan şəraitə, göstərilən diqqət və qayğıya 
								görə ölkə Prezidenti cənab İlham Əliyevə 
								minnətdarlıqlarını bildirirlər. 
								
								 Məktəb 2011-2012-ci tədris ilinə böyük ruh 
								yüksəkliyi ilə başlayıb. Əldə olunan 
								nailiyyətləri artırmağı qarşısına məqsəd qoyan 
								məktəb rəhbərliyi ilə pedaqoji kollektiv yeni 
								uğurlar qazanmaq üçün imkanlarını səfərbər 
								edirlər.    
								
								* Məktəbin məzunlarından 28 nəfəri dünyanın 
								nüfuzlu ali məktəblərində təhsil alır.  
								 
								
								* Məktəbin məzunlarından 5 nəfəri Prezident 
								təqaüdçüsüdür. 
								
								* Məktəbin şagirdi Məmmədli Mətanət məktəbi 
								qızıl medalla bitirərək 695 balla ATU-ya qəbul 
								olunmuşdur.  
								
								* Məktəbin 2 şagirdi "İNEPO AVRASİYA" Ətraf 
								Mühitin Mühafizəsi Beynəlxalq Layihə 
								Olimpiadasının qalibi olmuş, qızıl medala layiq 
								görülmüşdür.  
								
								* Məktəbin məzunu Kənan Əliyev qılıncoynatma 
								üzrə idman ustalığına namizəd, bir neçə 
								beynəlxalq turnirin qalibi, qılıncoynatma üzrə 
								milli komandanın üzvüdür.  
								
								* Məktəbin müəllimlərindən 6 nəfəri elmlər 
								namizədi, 1 nəfər əməkdar müəllimdir, 2 nəfər 
								"Tərəqqi" medalına layiq görülmüş, 8 nəfəri isə 
								"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi 
								olmuşdur.  
								
									
										|   | 
										
										
											
												| 
												¹ | 
												
												Adı, soyadı | 
												
												
												qrup | 
												
												
												Topladığı bal | 
												
												
												Tədris müəssisəsinin
												
												
												adı | 
												
												
												İxtisasın adı | 
											 
											
												| 
												
												1. | 
												
												
												Məmmədli Mətanət | 
												
												
												IV | 
												
												
												695 | 
												
												
												Azərbaycan Tibb Universiteti | 
												
												
												Müalicə işi | 
											 
											
												| 
												
												2. | 
												
												
												Həsənli Aydın | 
												
												
												I | 
												
												
												
												690 | 
												
												
												Azərbaycan Dövlət Neft 
												Akademiyası | 
												
												
												Neft-qaz mühəndisliyi | 
											 
											
												| 
												
												3. | 
												
												
												Hüseynova Məryəm | 
												
												
												IV | 
												
												
												685 | 
												
												
												Azərbaycan Tibb Universiteti | 
												
												
												Müalicə işi | 
											 
											
												| 
												
												4. | 
												
												
												İsayeva Səbinə | 
												
												
												I | 
												
												
												
												680 | 
												
												
												M.V.Lomonosov adına MDU Bakı 
												filialı | 
												
												
												Riyaziyyat və kompüter elmləri | 
											 
											
												| 
												
												5. | 
												
												
												Həsənli Qüdrət | 
												
												
												I | 
												
												
												675 | 
												
												
												Qafqaz Universiteti | 
												
												
												Neft-qaz qurğuları mühəndisliyi | 
											 
											
												| 
												
												6. | 
												
												
												Hüseynli Fariz | 
												
												
												I | 
												
												
												
												672 | 
												
												
												Qafqaz Universiteti | 
												
												
												Kompüter mühəndisliyi | 
											 
											
												| 
												
												7. | 
												
												
												Abdullayev Şəmi | 
												
												
												II | 
												
												
												670 | 
												
												
												AR Prezidenti yanında Dövlət 
												İdarəçilik Akademiyası | 
												
												
												Menecment | 
											 
											
												| 
												
												8. | 
												
												
												Ələkbərov Şamil | 
												
												
												I | 
												
												
												
												665 | 
												
												
												Qafqaz Universiteti | 
												
												
												Mexanika mühəndisliyi | 
											 
											
												| 
												
												9. | 
												
												
												Mustafayev Fərhad | 
												
												
												I | 
												
												
												661 | 
												
												
												Azərbaycan Dövlət Neft 
												Akademiyası | 
												
												
												Neft-qaz mühəndisliyi | 
											 
											
												| 
												
												10. | 
												
												
												Xəlilli Xəlil | 
												
												
												II | 
												
												
												
												661 | 
												
												
												Qafqaz Universiteti | 
												
												
												Dünya iqtisadiyyatı | 
											 
											
												| 
												
												11. | 
												
												
												Xələfli Ayşən | 
												
												
												I | 
												
												
												660 | 
												
												
												Qafqaz Universiteti | 
												
												
												Kimya mühəndisliyi | 
											 
											
												| 
												
												12. | 
												
												
												Hüseynzadə İlkin | 
												
												
												I | 
												
												
												
												660 | 
												
												
												Qafqaz Universiteti | 
												
												
												İnformasiya texnologiyaları və 
												sistemləri müh. | 
											 
											
												| 
												
												13. | 
												
												
												Əsgərli Ceyhun | 
												
												
												II | 
												
												
												660 | 
												
												
												Qafqaz Universiteti | 
												
												
												Biznesin idarə edilməsi | 
											 
											
												| 
												
												14. | 
												
												
												Əliyeva Nərmin | 
												
												
												II | 
												
												
												
												647 | 
												
												
												Qafqaz Universiteti | 
												
												
												Biznesin idarə edilməsi | 
											 
											
												| 
												
												15. | 
												
												
												Nəbiyeva Lalə | 
												
												
												II | 
												
												
												647 | 
												
												
												AR Prezidenti yanında Dövlət 
												İdarəçilik Akademiyası | 
												
												
												Beynəlxalq münasibətlər | 
											 
											
												| 
												
												16. | 
												
												
												İbrahimov Adil | 
												
												
												I | 
												
												
												
												647 | 
												
												
												Azərbaycan Dövlət Neft 
												Akademiyası | 
												
												
												Neft-qaz mühəndisliyi | 
											 
											
												| 
												
												17. | 
												
												
												Abbasova Şəbnəm | 
												
												
												IV | 
												
												
												644 | 
												
												
												Azərbaycan Tibb Universiteti | 
												
												
												Müalicə işi | 
											 
											
												| 
												
												18. | 
												
												
												Novruzov Kamil | 
												
												
												I | 
												
												
												
												641 | 
												
												
												Azərbaycan Dövlət Neft 
												Akademiyası | 
												
												
												Neft-qaz mühəndisliyi | 
											 
											
												| 
												
												19. | 
												
												
												Cəfərova  Leyla | 
												
												
												IV | 
												
												
												641 | 
												
												
												Azərbaycan Tibb Universiteti | 
												
												
												Müalicə işi | 
											 
											
												| 
												
												20. | 
												
												
												Əliyeva Nərmin | 
												
												
												III | 
												
												
												
												639 | 
												
												
												Bakı Dövlət Universiteti | 
												
												
												Hüquqşünaslıq | 
											 
											
												| 
												
												21. | 
												
												
												İsmayılzadə Seyidibrahim | 
												
												
												IV | 
												
												
												636 | 
												
												
												Azərbaycan Tibb Universiteti | 
												
												
												Stomatologiya | 
											 
											
												| 
												
												22. | 
												
												
												Əhmədova Lalə | 
												
												
												I | 
												
												
												
												635 | 
												
												
												Bakı Dövlət Universiteti | 
												
												
												Riyaziyyat | 
											 
											
												| 
												
												23. | 
												
												
												Xəlilli Nərmin | 
												
												
												III | 
												
												
												634 | 
												
												
												Azərbaycan Dillər Universiteti | 
												
												
												Tərcümə (rus dili – ingilis) | 
											 
											
												| 
												
												24. | 
												
												
												Süleymanov İsmayil | 
												
												
												I | 
												
												
												
												632 | 
												
												
												Azərbaycan Dövlət Neft 
												Akademiyası | 
												
												
												Neft-qaz mühəndisliyi | 
											 
											
												| 
												
												25. | 
												
												
												Ağayeva Rəfiqə | 
												
												
												III | 
												
												
												632 | 
												
												
												M.V.Lomonosov adına MDU Bakı 
												filialı | 
												
												
												Filologiya | 
											 
											
												| 
												
												26. | 
												
												
												Təhməzli Mərdan | 
												
												
												I | 
												
												
												
												630 | 
												
												
												Azərbaycan Dövlət Neft 
												Akademiyası | 
												
												
												Neft-qaz qurğuları mühəndisliyi | 
											 
											
												| 
												
												27. | 
												
												
												Cəbrayılov Nicat | 
												
												
												III | 
												
												
												630 | 
												
												
												Bakı Dövlət Universiteti | 
												
												
												Hüquqşünaslıq | 
											 
											
												| 
												
												28. | 
												
												
												Piriyeva Zülfiyyə | 
												
												
												I | 
												
												
												
												628 | 
												
												
												Bakı Dövlət Universiteti | 
												
												
												Riyaziyyat | 
											 
											
												| 
												
												29. | 
												
												
												Dadaşova Nəzrin | 
												
												
												III | 
												
												
												628 | 
												
												
												Bakı Dövlət Universiteti | 
												
												
												Hüquqşünaslıq | 
											 
											
												| 
												
												30. | 
												
												
												Abdulkərimov  Elvin | 
												
												
												IV | 
												
												
												
												627 | 
												
												
												Azərbaycan Tibb Universiteti | 
												
												
												Müalicə işi | 
											 
											
												| 
												
												31. | 
												
												
												Nəzirli Elmar | 
												
												
												III | 
												
												
												625 | 
												
												
												Bakı Dövlət Universiteti | 
												
												
												Hüquqşünaslıq | 
											 
											
												| 
												
												32. | 
												
												
												Cəfərli Azadə | 
												
												
												III | 
												
												
												
												617 | 
												
												
												Azərbaycan Dillər Universiteti | 
												
												
												Tərcümə (rus dili – ingilis) | 
											 
											
												| 
												
												33. | 
												
												
												Əhmədova  Aytən | 
												
												
												I | 
												
												
												617 | 
												
												
												Azərbaycan Dövlət Neft 
												Akademiyası | 
												
												
												Kompüter elmləri | 
											 
											
												| 
												
												34. | 
												
												
												Rüstəmov Raul | 
												
												
												II | 
												
												
												
												616 | 
												
												
												Bakı Dövlət Universiteti | 
												
												
												İqtisadiyyat | 
											 
											
												| 
												
												35. | 
												
												
												Səfərli Nuray | 
												
												
												IV | 
												
												
												612 | 
												
												
												Azərbaycan Tibb Universiteti | 
												
												
												Müalicə işi | 
											 
											
												| 
												
												36. | 
												
												
												İmrani Fəridə | 
												
												
												III | 
												
												
												
												611 | 
												
												
												Bakı Dövlət Universiteti | 
												
												
												Hüquqşünaslıq | 
											 
											
												| 
												
												37. | 
												
												
												Rəfili Aysel | 
												
												
												III | 
												
												
												609 | 
												
												
												Azərbaycan Dillər Universiteti | 
												
												
												Tərcümə (Azərbaycan dili-ingilis) | 
											 
											
												| 
												
												38. | 
												
												
												Əhmədov Binyamin | 
												
												
												II | 
												
												
												
												609 | 
												
												
												Azərbaycan Turizm İnstitutu | 
												
												
												Beynəlxalq münasibətlər | 
											 
											
												| 
												
												39. | 
												
												
												Seyfəddinli Turkel | 
												
												
												III | 
												
												
												608 | 
												
												
												Bakı Dövlət Universiteti | 
												
												
												Hüquqşünaslıq | 
											 
											
												| 
												
												40. | 
												
												
												Abbasov Pərviz | 
												
												
												II | 
												
												
												
												608 | 
												
												
												AR Prezidenti yanında Dövlət 
												İdarəçilik Akademiyası | 
												
												
												Menecment | 
											 
											
												| 
												
												41. | 
												
												
												Hüseynov Fərid | 
												
												
												II | 
												
												
												604 | 
												
												
												AR Prezidenti yanında Dövlət 
												İdarəçilik Akademiyası | 
												
												
												Beynəlxalq münasibətlər | 
											 
										 
										 | 
										  | 
									 
								 
								
								
								
								Niyazi RƏHİMOV  | 
								  |