| 
								
								Noyabrın 7-də Bakıdakı E.Tağızadə adına 164 
								nömrəli orta məktəbin nəzdində fəaliyyət 
								göstərən "Kimlik" şagird studiyasının təşkil 
								etdiyi "Mən Azərbaycan türküyəm" adlı 
								bədii-musiqili məclisi keçirildi. 
								
								Dövlət himni səsləndikdən sonra tədbiri açan 164 
								nömrəli məktəbin direktoru Kəmalə Qədirova son 
								vaxtlarda təhsil müəssisəsində görülən işlərdən 
								danışdı. Bildirdi ki, təhsil islahatının uğurla 
								aparılmasında 164 nömrəli məktəb də öz töhfəsini 
								verməyə çalışır. Təhsil müəssisəsinin müəllim və 
								şagirdlərinin müxtəlif nominasiyalı 
								müsabiqələrdə fəal iştirak edərək müsbət 
								nəticələr qazandığını qeyd edən Kəmalə Qədirova 
								təhsil ocağında müxtəlif mövzularda silsilə 
								tədbirlərin keçirildiyini iştirakçıların 
								nəzərinə çatdırdı. 
								
								Sonra "Kimlik" studiyasının rəhbəri, məktəbin 
								Azərbaycan dili və ədəbiyyat müəllimi Şəhla 
								Gündüzün yetirmələri çıxış etdilər. Türklüyü 
								təbliğ edən məclisdə qəhrəmanlığı əks etdirən 
								şeirlər səsləndi, mahnı ifa olundu, saza yer 
								verildi. Türk qəhrəmanlığına həsr olunmuş film 
								göstərildi. 
								
								Şagirdlər Vətənə, torpağa, dövlət atributlarına 
								və milli adət-ənənələrə olan məhəbbətlərini 
								nümayiş etdirməklə yanaşı, ümumbəşəri dəyərlərə 
								də xüsusi diqqət yetirdilər. Məktəblilərdən 
								Nemət, Sərxan, Aysel, Elmar, Nərmin, Sənan, 
								Firdus daha fəal idilər. Sonda çıxış edənlər 
								bədii-musiqili məclisin əhəmiyyətindən 
								danışdılar və maraqlı keçən tədbir üçün məktəbin 
								direktoru Kəmalə Qədirovaya və "Kimlik" 
								studiyasının rəhbəri Şəhla Gündüzə xüsusi 
								minnətdarlıqlarını bildirdilər.  
								
								Fazil İDRİSOĞLU |