| 
								
								Azərbaycan xalqının ümummilli lideri Heydər 
								Əliyev 1997-ci il fevralın 1-də müstəqil 
								Azərbaycan Respublikası gənclərinin 1-ci 
								forumunun birilliyi ilə əlaqədar keçiriən 
								mərasimdəki yekun nitqində demişdir ki, 
								gələcəyimiz olan gənclər dövlətimizə, xalqımıza 
								sədaqətlə xidmət etməlidirlər. Azərbaycan 
								gənclərinin qarşısında qoyulmuş bu mühüm vəzifə 
								onların vətənpərvərlik ruhunda tərbiyə 
								olunmasında təhsil ocaqlarının məsuliyyətini 
								daha artırır. 
								
								Gənclərimiz həmişə ictimai həyatda fəal olmuş, 
								çağdaş tariximizin ən taleyüklü dövrlərində öz 
								sözlərini demiş, prinsipial mövqelərini 
								bildirmişlər.  Xalqımızın azadlıq, müstəqillik 
								amallarına, dövlətçiliyimizə sədaqətli olan 
								gənclərimiz bu yolda əsl mübarizlik nümayiş 
								etdirmişlər. Torpaqlarımızın suverenliyi, 
								ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına 
								döyüşən, əlil olan, şəhidlik zirvəsinə ucalan 
								soydaşlarımızın böyük əksəriyyəti gənclərdir. 
								Yüzlərlə, minlərlə belə fakt indiki və gələcək 
								nəsillər üçün örnəkdir, qürur duyulası, fəxr 
								ediləsi nümunədir.   
								
								Bu gün gənclərimizin qarşısında mühüm vəzifələr 
								durur. Hər bir gənc həyatının bu dövründən 
								bacardığı qədər səmərəli istifadə etməlidir.  
								Gənclik dövründə boş, mənasız keçirilən hər gün 
								sonra böyük itkilərə gətirib çıxarır. Gənc 
								nəslimiz mükəmməl təhsil almalı, günümüzün 
								inkişafı və tələbləri ilə ayaqlaşmalıdır. 
								Gənclərimiz dövlət müstəqilliyimizin əldə 
								olunmasında öz sözlərini dedikləri kimi, 
								müstəqilliyimizin qorunmasında, inkişaf 
								etməsində yaxından iştirak etməlidirlər.  çünki 
								hər bir gənc yaşadığı coğrafi məkandan asılı 
								olmayaraq, öz Vətənini, Azərbaycanı təmsil edir, 
								xalqımızın mənəviyyatının daşıyıcısı, onun 
								simasıdır.  
								
								Gənclərimizin qarşısında duran başlıca 
								vəzifələrdən biri  xalqımızın azadlığı, 
								torpaqlarımızın bütövlüyü uğrunda cəbhələrdə 
								göstərdikləri qəhrəmanlıqları kimi elmdə, 
								istehsalatda, təhsildə də fədakarlıq göstərməli 
								və yüksəkixtisaslı mütəxəssislər kimi 
								yetişməlidirlər. 
								
								Respublikamız hüquqi demokratik dövlət 
								quruculuğu yolu ilə inkişaf edir.  Milli 
								ideologiya konsepsiyası çərçivəsində gəncləri, 
								birinci növbədə, Azərbaycanın müstəqilliyi 
								prinsiplərinə sadiqlik ruhunda tərbiyə etmək 
								lazımdır.  Gənclərin təhsili, tərbiyəsi məhz bu 
								istiqamətdə aparılmalıdır. 
								
								Gənclərin tərbiyə edilməsində, eyni zamanda 
								ümumbəşəri dəyərlərdən geniş istifadə 
								olunmalıdır. Milli mənəvi və ümumbəşəri 
								dəyərlərin hamısı birlikdə bütün 
								vətəndaşlarımızın və xüsusən gənclərimizin 
								mənəvi kodeksini təşkil edir. 
								
								Nər bir ölkədə orduda xidmət etmək gəncin 
								vətəndaşlıq borcudur. Ancaq Azərbaycan övladının 
								borcu başqa ölkələrin gənclərinə nisbətən bir 
								neçə qat artıqdır. çünki torraqlarımız düşmən 
								tərəfindən işğal edilib, ölkəmizin ərazi 
								bütövlüyünə təcavüz olunub, xalqımızın min illər 
								boyu yaratdığı, yaşatdığı və zənginləşdirdiyi 
								dəyərlər saxtalaşdırılıb, özününküləşdirilib, 
								talan edilib, dağıdılıb. Xəyanətkarlıqla 
								gerçəkləşdirilən bu vandalizmin nəticələrini 
								aradan qaldırmaq, onu bərpa etmək də gənclərin 
								öhdəsinə düşür.  
								
								Bu baxımdan cəmiyyətimizdə, xüsusən gənclər 
								arasında hərbi xidmətə hörmət və diqqət daim 
								yüksək səviyyədə olmalı, hər bir gəncin orduya 
								xidmətə getməsi onun ailəsində bayrama  
								çevrilməlidir.  
								
								Gənclər bilməlidirlər ki, hər bir 
								azərbaycanlının vətəndaşlıq borcu, vəzifəsi 
								resrublikamızın dövlət müstəqilliyini qoruyub 
								saxlamaq, Azərbaycanı azad, müstəqil dövlət kimi 
								inkişaf etdirmək, Azərbaycan elmini, 
								mədəniyyətini yüksəklərə qaldırmaq, Vətənin 
								şan-şöhrətini dünyaya tanıtmaq, dünya birliyində 
								layiqli yer tutması üçün xidmətlər göstərməkdir. 
								
								Biz təhsil və tərbiyədə forma və məzmun 
								vəhdətini həmişə gözləməli və qorumalıyıq. Əgər 
								belə olarsa, onda gənclərimizdə milli qürur 
								hissi və milli ruh yaratmış olarıq. 
								
								ümummilli liderimiz Neydər Əliyev Azərbaycanda 
								gəncliyə həmişə böyük qayğı göstərib. 
								üaşadığımız yeni əsrdə gənclərimiz qarşısında 
								duran başlıca vəzifə məhz ulu öndərimizin 
								azərbaycançılıq  ideyalarını layiqincə həyata 
								keçirməkdən ibarətdir. Zamanın, dövrün 
								tələbindən irəli gəlmiş təlim-tərbiyə işinin 
								təkmilləşdirilməsi XXI əsrin gənc nəslinin 
								yüksək səviyyədə formalaşdırılmasının 
								təminatıdır. 
								
								Bu  gün Azərbaycan gənclərinin böyük hamisi, 
								yolgöstərəni və qayğıkeşi cənab Prezident İlham 
								Əliyev hələ ölkəmizə rəhbərlik etməzdən əvvəl - 
								Milli Olimpiya Komitəsinin prezidenti 
								vəzifəsində olarkən bu sahədə çox böyük 
								xidmətlər göstərmişdir. Bu gün məhz möhtərəm 
								Prezidentimizin titanik fəaliyyəti nəticəsində 
								gəncliyimizin, deməli, dövlətimizin səsi-sorağı 
								ən ali tribunalardan, müxtəlif dövlətlərdən 
								gəlir.  
								
								Ordumuzun və ölkəmizin modernləşdirilməsindən 
								tutmuş fiziki  cəhətdən sağlam nəslin yetişməsi 
								üçün görülən çoxşaxəli işlərədək hər şey milli 
								vətənpərvərlik tərbiyəsi üçün stimul, baza və 
								istiqamətləndirici faktdır.  Təhsil sistemindəki 
								uğurlu islahatlar, müəllim kadrlarının 
								hazırlanması prosesinin təkmilləşdirilməsi, 
								bütövlükdə təhsil-təlim və tərbiyə proseslərinin 
								yeniləşməsi, mükəmməlləşməsi və müasirləşməsi 
								cəmiyyət həyatının dinamik bir hissəsidir. Ən  
								sevindiricisi də odur ki, belə temp nəticənin 
								gerçəkləşməsini sürətləndirir.  
								
								Elə bu da bizə ümid verir ki,  gənclərin 
								vətənpərvərlik tərbiyəsi, onlarda milli  şüurun 
								təkamülü prosesinin daha da inkişafı üçün 
								görülən işlər tezliklə öz bəhrəsini 
								verəcəkdir.          
								
								
								Sevda XASPOLADOVA,Azərbaycan Dillər Universitetinin
 Pedaqogika kafedrasının müəllimi
 |