| 
								
								Noyabrın 24-də Azərbaycan Dövlət Pedaqoji 
								Universitetində professor A.Verdizadənin 95 
								illik yubileyinə həsr olunmuş "üzvi reagentlər 
								analitik kimyada" mövzusunda respublika 
								konfransı  keçirildi.  
								
								 Konfransda ADPU-nun professor-müəllim heyəti, 
								ali məktəb rəhbərləri,  tələbələr və KİV 
								nümayəndələri iştirak edirdilər. 
								
								Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, 
								professor Y.Məmmədov bildirdi ki, konfrans 
								Azərbaycanın  görkəmli alimi, analitik kimya 
								sahəsində tanınmış mütəxəssis, kimya elmləri 
								doktoru, professor Allahverdi Verdizadənin 
								anadan olmasının 95 illik yubileyinə həsr 
								olunub. 
								
								Qeyd olundu ki, ADPU-da  fəaliyyət göstərən 
								Analitik və fiziki kimya kafedrasını 1969-cu 
								ildə məhz professor A.Verdizadə təşkil etmiş və 
								ilk gündən ömrünün sonuna  qədər həmin kafedraya 
								rəhbərlik etmişdir. 
								
								O, görkəmli alim olmaqla bərabər, çox gözəl 
								pedaqoq idi. Professor A.Verdizadənin 
								Azərbaycanda kimya elminin inkişafında, yeni 
								kimyaçılar nəslinin yetişməsində böyük 
								xidmətləri olmuşdur.  
								
								Tədbirdə BDU-nun rektoru, akademik A.Məhərrəmov, 
								ADPU-nun professorlarından Ə.Qurbanov, 
								T.Ağdamski və başqaları çıxış edərək professor 
								A.Verdizadənin pedaqoji fəaliyyətindən və 
								keçdiyi mənalı həyat  yolundan söz açdılar.   
								
								
								Şakir CƏFƏROV,ADPU-nun  dissertantı
 |