| 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 
								sərəncamları ilə:  
								
								- 2009-cu il ölkəmizdə "Uşaq ili" elan edilib.
								 
								
								- "Ən yaxşı  ümumtəhsil  məktəbi"  müsabiqəsinin 
								qalibi olmuş 50 məktəbin hər  birinə 10000 
								manat, "Ən    yaxşı    müəllim" müsabiqəsinin 
								qalibi  olmuş  100  müəllimin hər birinə 5000 
								manat məbləğində birdəfəlik pul mükafatı 
								verilib. 
								
								- 2009-cu  ildə   ölkəmizdə  elm və təhsilin 
								inkişafındakı xidmətlərinə görə ümumilikdə 312 
								nəfər təhsil işçisi yüksək dövlət təltiflərinə, 
								fəxri adlara və fərdi təqaüdlərə layiq görülüb. 
								
								- 2009-cu ildə musiqi sahəsində  xüsusi istedadı 
								olan 11 yeniyetmə   və gəncin adı Azərbaycanın 
								gənc   istedadlarının "Qızıl  kitabı"na 
								yazılmaqla Azərbaycan Respublikası Prezidentinin 
								xüsusi təqaüdünə layiq görülüb. 
								
								- 24 aprel 2009-cu il  tarixdə "Bakı Dövlət  
								Universitetinin 90 illik yubileyinin keçirilməsi 
								haqqında" sərəncam imzalanıb. 
								
								- 4 may 2009-cu il  tarixdə "Azərbaycan 
								Respublikasında 2009-2015-ci illərdə  elmin     
								inkişafı üzrə Milli Strategiyanın  həyata  
								keçirilməsi ilə bağlı Dövlət Proqramının təsdiq 
								edilməsi haqqında" sərəncam imzalanıb. 
								
								- 5 may 2009-cu  il  tarixdə "2009-2014-cü  
								illərdə Azərbaycanda şahmatın  inkişaf 
								etdirilməsi Dövlət Proqramının təsdiq edilməsi 
								barədə" sərəncam imzalanıb. 
								
								- 22 may  2009-cu il tarixdə "2009-2013-cü  
								illərdə  Azərbaycan Respublikasının  ali  
								təhsil     sistemində islahatlar üzrə Dövlət 
								Proqramının  təsdiq edilməsi  haqqında" sərəncam 
								imzalanıb. 
								
								- 23 iyun  2009-cu  il  tarixdə   "Qəza  
								vəziyyətində olan ümumtəhsil məktəb binalarının 
								yenidən qurulması işinin davam etdirilməsi 
								barədə" sərəncam imzalanıb. 
								
								- 5 sentyabr 2009-cu il tarixdə "Təhsil 
								haqqında" Azərbaycan Respublikası Qanununun 
								tətbiq edilməsi  barədə fərman imzalanıb. 
								
								- 10 sentyabr 2009-cu il tarixdə "Texniki peşə 
								təhsili müəssisələrinin maddi-texniki bazasının 
								gücləndirilməsi ilə əlaqədar əlavə tədbirlər 
								barədə" sərəncam imzalanıb. 
								
								-  10 sentyabr 2009-cu  il tarixdə "Məktəbəqədər 
								təhsil müəssisələrinin maddi-texniki bazasının 
								gücləndirilməsi ilə əlaqədar əlavə tədbirlər 
								barədə" sərəncam imzalanıb. 
								
								-  24 sentyabr 2009-cu il tarixdə "2009-2010-cu 
								tədris ilində Azərbaycan Respublikasının ali 
								məktəblərinə daxil olmuş tələbələrə Prezident 
								təqaüdünün verilməsi haqqında" sərəncam 
								imzalanıb.  
								
								-  4 dekabr 2009-cu il tarixdə "Qəza 
								vəziyyətində olan ümumtəhsil məktəblərinin 
								yenidən qurulması ilə bağlı əlavə  tədbirlər 
								haqqında" sərəncam imzalanıb.  
								
								
								Təhsilin iqtisadiyyatı  
								
								-  Təhsilə ayrılan büdcə 2003-cü illə müqayisədə 
								5 dəfədən çox artaraq 2008-ci ildə 1,1 milyard, 
								2009-cu ildə   isə 1,3 milyard manat təşkil 
								edib. 
								
								-  Təhsil işçilərinin orta aylıq əməkhaqqı 
								ilbəil  artaraq,  2008-ci ildəki  220 manatdan 
								2009-cu ildə 268,5 manata yüksəlib. 
								
								-  Son  5 ildə təhsil işçilərinin əməkhaqqı 5, 
								tələbələrin təqaüdü 10 dəfə artıb. 
								
								-  Dövlət büdcəsinin tərkibində təhsilə ayrılan 
								xərclər 2008-ci  ilə nisbətən 2009-cu ildə 238 
								milyon  manat  (21%) artıb.  
								
								
								Məktəb infrastrukturunun inkişafı  
								
								Son 5 ildə Azərbaycanda 450000 şagird yerlik 2 
								minədək yeni məktəb binası tikilərək istifadəyə 
								verilib. 
								
								2009-cu ildə: 
								
								- 68 yeni məktəb binası və əlavə korpus tikilib. 
								
								- 28 məktəb əsaslı təmir olunub. 
								
								- 10 körpələr evi və uşaq bağçası əsaslı təmir 
								edilib. 
								
								Son 10 ildə məktəb tikintisi sahəsində həyata  
								keçirilən proqramlar nəticəsində ikinövbəli   
								məktəblərin faizi  73,3-dən   49-a,  ikinci  
								növbədə təhsil alan şagirdlərin faizi isə 34-dən 
								23-ə enib. 
								
								15 sentyabr 2009-cu il tarixdə ölkə Prezidenti 
								cənab İlham Əliyev əsaslı təmir olunmuş "Elitar" 
								gimnaziyanın açılışında iştirak edib. 
								
								Məktəblərin infrastrukturunun  yeniləşdirilməsi 
								sahəsində Heydər Əliyev  Fondunun müstəsna 
								xidmətləri olub. 
								
								-  Son illərdə Fondun təşəbbüsü  ilə  300-ə  
								yaxın yeni məktəb, uşaq bağçası, uşaq evi, 
								internat  məktəbi  binası  tikilib  istifadəyə 
								verilib, əsaslı təmir və bərpa olunub, müasir 
								avadanlıqlarla təchiz edilib. 
								
								-  2009-cu ildə Fondun təşəbbüsü ilə 1600 şagird 
								yerlik 6 yeni  məktəb binası inşa olunub.   
								
								
								Təhsilin informasiyalaşdırılması  
								
								-  2009-cu  ildə  Məlumat və Resurs Mərkəzi 
								yaradılıb, 500 məktəb genişzolaqlı sürətli 
								İnternetə qoşulub. 
								
								-  2009-cu ildə şagirdlərə 400   noutbuk hədiyyə 
								edilib. 2010-cu ilin   sonunadək bu iş davam 
								etdiriləcək və "İntel" şirkəti  tərəfindən 1000, 
								Təhsil  Nazirliyi tərəfindən isə 3000 olmaqla  
								ümumilikdə 4000 şagirdə noutbuk veriləcək.
								 
								
								-  Bakı şəhərinin  20 məktəbində  "Elektron 
								məktəb"  pilot layihəsinin tətbiqinə başlanıb. 
								
								-  4 ali təhsil müəssisəsi İKT avadanlığı ilə 
								təmin edilib. 
								
								-  Məktəblərə verilmiş kompüterlər üçün 30 min 
								lisenziyalı  proqram təminatı alınıb. 
								
								-  2009-cu il ərzində 20 000  nəfərdən artıq  
								pedaqoji  işçi İKT-nin təhsildə tətbiqi üzrə 
								treninqlərdən keçirilib. 
								
								-  2009-cu  ildə "Xalq  kompüteri" layihəsinə 
								başlanılıb, 5000-ə yaxın müəllim  kompüterlə 
								təmin olunub.  
								
								
								Kadr təminatı  
								
								-  Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 
								"2005-2009-cu illər üçün Azərbaycan  
								Respublikasının  ümumtəhsil  məktəbləri 
								şəbəkəsində pedaqoji kadr təminatı üzrə inkişaf 
								Proqramı" başa çatdırılıb, ümumilikdə 6179,  o  
								cümlədən 2009-cu  ildə 1308 nəfər müəllim 
								stimullaşdırıcı tədbirlər tətbiq edilməklə 
								respublikanın ehtiyacı olan ucqar kənd 
								məktəblərinə göndərilib. 
								
								-  2009-2010-cu  dərs ilində müəllimlərin işə 
								qəbulu elektron vasitələr     əsasında  iki   
								mərhələli   müsabiqə   mexanizmi   tətbiq  
								olunmaqla həyata  keçirilib. Bu mexanizmin 
								növbəti dərs ilindən  bütün  ölkə  üzrə tətbiq 
								olunması nəzərdə tutulub. 
								
								-  Görülən tədbirlər nəticəsində ölkə üzrə 
								müəllimlərin sayı 173 mindən  170  minə enib. 
								
								-  2009-2010-cu dərs ilində ölkənin ümumtəhsil 
								məktəblərində pedaqoji   kadr   təminatı 
								vəziyyətinin monitorinqi aparılıb və bununla 
								bağlı yeni  təkliflər hazırlanır.  
								
								
								İxtisasartırma təhsili  
								
								Modul-kredit sisteminə  əsaslanan 
								ixtisasartırma  təhsilinin yeni mexanizmi 
								hazırlanıb. Növbəti dərs  ili ərəfəsində 
								eksperiment qaydasında ibtidai sinif 
								müəllimlərinin  ixtisasının artırılması 
								sahəsində  tətbiq ediləcəkdir: 
								
								-  "Azərbaycan Respublikasının təhsil 
								sistemində  rəhbər   və   pedaqoji kadrların 
								ixtisasartırmasına dair Əsasnamə" layihəsi 
								hazırlanıb və hökumətə təqdim olunub. 
								
								-  "Azərbaycan Respublikasının təhsil sistemində 
								rəhbər və pedaqoji kadrlar üçün ixtisasartırma 
								proqramlarının  akkreditasiyasına dair Qaydalar" 
								hazırlanıb. 
								
								-  "Məktəbəqədər və ümumtəhsil  müəssisələrinin  
								rəhbər   və  pedaqoji kadrlarının 
								ixtisasartırmasının kurikulum çərçivəsi" 
								layihəsi hazırlanıb. 
								
								-  "Rəhbər və pedaqoji  kadrların  
								ixtisasartırması üzrə kursların, treninqlərin 
								keyfiyyətinin təmin edilməsi, monitorinqi və 
								qiymətləndirilməsi haqqında təlimat" hazırlanıb. 
								  
								
								
								Məktəbəqədər təhsil  
								
								-  Son  iki  ildə   ölkə üzrə  28 yeni  uşaq   
								bağçası   istifadəyə verilib, 30-u əsaslı təmir 
								olunub. 
								
								-  2009-cu ildə 6 özəl məktəbəqədər təhsil 
								müəssisəsi Təhsil Nazirliyinin  lisenziyası 
								əsasında fəaliyyətə başlayıb. 
								
								-  Son  illərdə həmin müəssisələr 137 adda, 
								2009-cu ildə isə 37 adda təlim  vəsaitləri ilə 
								təmin olunub. 
								
								-  Bakı şəhərində bağçalara cəlb olunmuş 
								uşaqların sayı 4 min nəfər artıb, təhsilin bu 
								pilləsi üzrə əhatə səviyyəsi 26 faizi ötüb.  
								
								
								Qiymətləndirmə sistemi  
								
								-  Təhsil tariximizdə ilk dəfə olaraq ötən dərs 
								ilində ölkəmizin bütün ümumtəhsil məktəbləri və 
								peşə  liseylərində orta təhsil  kursu üzrə 
								buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada 
								keçirilib. 
								
								-  Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il 
								tarixli qərarı ilə "Azərbaycan Respublikasının 
								ümumi təhsil sistemində Qiymətləndirmə 
								Konsepsiyası" təsdiq edilib. 
								
								-  Cari ilin aprel-may aylarında ölkəmizin 16 
								məktəbinin 15 yaşlı 4716  şagirdi əhatə 
								olunmaqla PISA-2009-un (Beynəlxalq şagird 
								qiymətləndirilməsi proqramı) əsas mərhələsi 
								keçirilib. 
								
								-  ölkəmiz IV və VIII sinif şagirdlərinin oxu, 
								riyaziyyat və təbiət fənlərinin kurikulum üzrə 
								beynəlxalq qiymətləndirilməsi - TIMSS və PIRLS 
								proqramlarına qoşulub və 2010-cu ilin 
								əvvəllərində bu  qiymətləndirmənin sınaq 
								mərhələsinin aparılması nəzərdə tutulub.  
								
								
								Dərsliklərlə təminat  
								
								-  2009-2010-cu tədris ilinə respublikanın 
								ümumtəhsil məktəblərinin II və V-XI sinifləri 
								üçün (təlim Azərbaycan və rus  dillərində) 87 
								adda 4 256 600 nüsxə dərslik və müəllim üçün 
								metodik  vəsait çap olunub. Bu, II siniflər üçün 
								kurikulum əsasında 40 adda  1 112 500  nüsxə 
								dərslik və müəllim üçün  metodik vəsait, V-XI 
								siniflər  üçün  isə 47 adda 3 144 100 nüsxə 
								dərslik deməkdir. 
								
								-  2009-cu ildə təlim Azərbaycan dilində  olan 
								məktəblərin X sinifləri üçün yeni "İnformatika" 
								dərsliyi hazırlanaraq çap olunub. 
								
								-  2009-cu ildə Gürcüstandakı Azərbaycan 
								məktəblərinə 43 adda 40 270 nüsxə dərslik, 
								Heydər Əliyev Fondu ilə Təhsil  Nazirliyinin 
								birgə əməkdaşlığı    sayəsində hazırlanan  80 
								adda 125 komplekt tədris plakatı göndərilib. 
								
								-  MDB ölkələrində, habelə Almaniya, Polşa, 
								Macarıstan, Kanada, Böyük Britaniya, ABŞ-dakı 
								təlim Azərbaycan dilində olan Bazar günü 
								məktəblərinə dərsliklər, coğrafi xəritələr və 
								digər tədris vəsaitləri göndərilib.  
								
								
								Beynəlxalq olimpiadalar  
								
								-  2009-cu ildə Almaniya, Yaponiya, Böyük 
								Britaniya, Qazaxıstan və Serbiyada keçirilmiş  
								beynəlxalq və dünya fənn olimpiadalarında 
								Azərbaycan məktəbliləri 1 qızıl, 5 gümüş, 9 
								bürünc medal qazanıb. 
								
								-  2009-cu ilin 3-10 dekabr tarixlərində  Bakı 
								şəhərində Heydər Əliyev Fondu, İJSO 
								(International Junior Science Olympiad) və 
								Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi 
								ilə on beş yaşlı yeniyetmələr arasında fizika, 
								kimya və biologiya fənləri üzrə keçirilmiş 
								olimpiadada 49 ölkədən 600-dən çox şagird 
								iştirak edib.   
								
								
								Kurikulum islahatı  
								
								-  ötən dərs ilində  ümumtəhsil  məktəblərinin I 
								siniflərində tədrisə  2006-cı ildə Azərbaycan    
								hökuməti  tərəfindən təsdiq olunmuş "ümumi 
								təhsilin Konsepsiyası (Milli Kurikulum)" 
								əsasında hazırlanan fənn kurikulumları və müasir 
								dərsliklərlə başlanıb, bu proses 2009-2010-cu 
								dərs ilində II siniflərdə davam etdirilib. 
								
								-  Yeni kurikulumların tətbiqi ilə əlaqədar 
								2009-2010-cu dərs ilində I siniflərdə işləyən 9 
								minədək müəllim xüsusi proqram əsasında öyrədici 
								təlim kurslarından keçirilib və nümunəvi tədris 
								materialları ilə təmin edilib. 
								
								-   2009-2010-cu dərs ilindən Milli Kurikuluma 
								müvafiq olaraq 3 pilot məktəbində (Bakı şəhəri 
								Heydər Əliyev adına məktəb, akademik Zərifə 
								Əliyeva adına məktəb, "Zəngi" liseyi) həndəsə və 
								cəbrin inteqrativ proqramla  riyaziyyat fənni 
								kimi tədrisi layihəsinə başlanılıb.  
								
								
								Xarici dillərin intensiv tədrisi layihələri  
								
								-  "British Council" ilə Bakı şəhərinin 7 pilot 
								məktəbində xüsusi tədris planı və proqramı 
								əsasında ingilis dilinin intensiv tədrisinə 
								başlanılıb. Layihə çərçivəsində ingilis dilinin 
								tədrisinə I siniflərdə 3 (1), II siniflərdə 6 
								(4) saat ayrılıb. Həmin siniflərdə işləyən 55 
								nəfər   müəllim Böyük Britaniyadan dəvət olunmuş 
								beynəlxalq məsləhətçinin iştirakı ilə xüsusi 
								treninqlərdən keçirilib. Bu siniflərdə Kembric 
								Universitetinin dərslik komplektlərindən 
								(dərslik, iş dəftəri, müəllim üçün vəsait) 
								istifadə edilir. 
								
								-  Rusiyanın Azərbaycandakı səfirliyi ilə 
								birlikdə 2009-2010-cu  dərs ilindən 
								respublikanın 50 məktəbində (Bakı şəhərində 35, 
								rayonlarda 15) rus dilinin  intensiv  tədrisi  
								layihəsinə  başlanması  üzrə  tədbirlər həyata 
								keçirilir.  
								
								
								Məktəbdənkənar təhsil  
								
								-  2009-cu ildə Təhsil Nazirliyi sistemində 
								fəaliyyət göstərən idman məktəblərinin 
								yetirmələri 300-dən artıq olimpiya oyunları,  
								dünya, Avropa çempionatı və mötəbər turnirlərdə 
								iştirak edərək yüksək nəticələr qazanıblar. 
								Onlar beynəlxalq yarışlarda ümumilikdə 168 medal 
								əldə ediblər (57 qızıl, 51 gümüş, 60 bürünc). 
								
								-  Onlardan Müşkiyev İlqar Gəray oğlu ("İlin ən 
								yaxşı idmançısı") cüdo üzrə Türkiyədə (bürünc 
								medal), Polşada (qızıl medal) və Ermənistanda 
								(gümüş medal) keçirilən yarışlarda uğurla çıxış 
								edib. 
								
								-  Məmmədzadə Günay Vüqar qızı ("İlin ən yaxşı 
								şahmatçısı") şahmat üzrə İtaliyada keçirilmiş 
								Avropa çempionatında iştirak edib, Türkiyədə 
								9-10 yaşlı qızlar arasında keçirilmiş dünya 
								birinciliyində isə 11 mümkün xaldan 10,5 xal 
								toplayaraq qızıl medala layiq görülüb.  
								
								
								Texniki peşə təhsili 
								
								  
								
								-  Dövlət Proqramına uyğun olaraq İsmayıllı 
								rayonunda Turizm və Otelçilik üzrə Peşə Tədris 
								Mərkəzinin tikintisi aparılır. 
								
								-  Cari ildə 3 peşə təhsili müəssisəsi təmir 
								olunub. 
								
								-   Müxtəlif peşələr üzrə ilk dəfə olaraq 8 adda 
								dərslik hazırlanıb. 
								
								-   Təhsil Nazirliyi və "Azərsun Holdinq" 
								arasında "Təhsil müəssisələri ilə  əməkdaşlıq" 
								layihəsi çərçivəsində görüləcək işlərə dair 
								niyyət protokolu imzalanıb. 
								
								-   Heydər Əliyev Fondu, YUNESKO və Təhsil 
								Nazirliyinin  birgə  həyata     keçirdikləri 
								"Peşə  təhsilinin  təkmilləşdirilməsi  layihəsi" 
								çərçivəsində 2 ixtisas - turizm və İKT sahələri 
								üzrə yeni kurikulumlar hazırlanıb.   
								
								
								Ali və orta ixtisas təhsili  
								
								Azərbaycan Respublikasının Prezidenti cənab 
								İlham Əliyevin 22 may 2009-cu il tarixdə 
								imzaladığı "2009-2013-cü illərdə Azərbaycan  
								Respublikasının ali təhsil sistemində islahatlar 
								üzrə Dövlət Proqramının təsdiq edilməsi 
								haqqında" sərəncama əsasən Təhsil Nazirliyinin 
								Fəaliyyət Planı hazırlanıb və hazırda həyata 
								keçirilməkdədir. 
								
								-  Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 
								12 yanvar 2009-cu il tarixli qərarı ilə "Ali 
								təhsilin bakalavr pilləsində ixtisasların 
								(proqramların)   siyahısı" təsdiq edilib. 
								
								Əvvəlki siyahıdakı 515 ixtisas əvəzinə (onların 
								386-sı üzrə kadr hazırlığı  həyata keçirilirdi) 
								təsdiq olunmuş yeni siyahıda ixtisas   qrupları 
								üzrə 149 ixtisas saxlanılıb. 
								
								-  Magistr ixtisaslarının (proqramlarının) dünya 
								təcrübəsinə uyğun yeni siyahısının layihəsi 
								hazırlanıb hökumətə təqdim olunub. 
								
								-  "2009-2012-ci illərdə Azərbaycan 
								Respublikasının orta ixtisas təhsili sistemində 
								islahatlar üzrə Dövlət Proqramı layihəsi", orta 
								ixtisas təhsili üzrə ixtisasların (proqramların) 
								yeni siyahısı hazırlanıb təsdiq üçün Nazirlər 
								Kabinetinə təqdim olunub. 
								
								
								Beynəlxalq əməkdaşlıq  
								
								-  Bu gün Azərbaycandan kənarda öz hesabına və 
								müxtəlif mübadilə proqramları çərçivəsində  
								10000-ə yaxın  tələbə təhsilini davam etdirir. 
								
								-  Hazırda dövlət xətti ilə 815 nəfər, 
								"2007-2015-ci illərdə Azərbaycan gənclərinin 
								xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" 
								çərçivəsində 446 nəfər azərbaycanlı gənc 
								dünyanın müxtəlif nüfuzlu universitetlərində 
								təhsil alır. Bu il isə 303 nəfər azərbaycanlı 
								gənc Dövlər Proqramı çərçivəsində xarici 
								ölkələrin ali məktəblərində təhsil almaq üçün 
								göndərilib. 
								
								-  Azərbaycanın ali məktəblərində dünyanın 50-yə 
								yaxın ölkəsindən gələn 6812 əcnəbi tələbə təhsil 
								alır. 
								
								-  2009-cu ildə Təhsil Nazirliyinin əməkdaşları 
								Almaniya, Yaponiya,  Malayziya, Sinqapur, 
								İordaniya, Belçika, Cənubi Koreya, çexiya, ABŞ, 
								Hindistan, Rusiya Federasiyası, Fransa, İsveçrə, 
								Litva, Hollandiya, Avstriya, Belorus, Monteneqro 
								və digər ölkələrdə təlim səfərlərində olub, 
								seminar, konfrans və simpoziumlarda iştirak 
								edib, təcrübə mübadiləsi aparıblar.  
								
								
								Dünya Bankı ilə əməkdaşlıq  
								
								-  ötən il Təhsil Nazirliyi ilə Dünya Bankı  
								arasında İkinci Kredit Sazişi     imzalanıb və 
								hazırda komponentlər üzrə tədbirlər həyata 
								keçirilməkdədir. 
								
								-  6 fevral 2009-cu il tarixdə Dünya Bankı ilə 
								Təhsil Nazirliyi arasında "Ali təhsil 
								layihəsi"nin hazırlanması üçün qrant sazişi 
								imzalanıb.  
								
								-  1 oktyabr 2009-cu il tarixdə Azərbaycan 
								hökuməti ilə  Dünya Bankı arasında "Dövlət 
								investisiyaları üzrə kadr potensialının 
								gücləndirilməsi layihəsinin həyata keçirilməsi" 
								sazişi imzalanıb. |