| 
								
								
								Təhsil səviyyələri üzrə təlim nəticələri  
								
								
								Ümumi orta təhsil səviyyəsində məzmun xətləri 
								üzrə təlim nəticələri  
								
								
								1. Dinləyib-anlama  
								
								
								Şagird: 
								
								-  dinlədiyi mətnin məzmununa münasibət 
								bildirir; 
								
								-  dinlədiyi mətnin məzmununu şərh edir. 
								
								
								2. Danışma 
								
								
								Şagird:  
								
								-  söz və ifadələrdən məna və qrammatik 
								xüsusiyyətlərinə görə istifadə edir; 
								
								-  dialoji və monoloji nitq bacarıqları nümayiş 
								etdirir; 
								
								-  fikirlərini müqayisələr aparmaqla izah edir. 
								
								
								3. Oxu  
								
								
								Şagird: 
								
								-  mətndəki yeni söz və ifadələri mənimsədiyini 
								nümayiş etdirir; 
								
								-  mətni sürətli, düzgün və ifadəli oxuyur; 
								
								-  oxuduğu mətnin məzmununu məntiqi ardıcıllıqla 
								danışır; 
								
								-  oxuduğu mətnin məzmununa münasibət bildirir. 
								
								
								4. Yazı 
								
								
								Şagird: 
								
								-  yazısında mətnin tərkib hissələrini (giriş, 
								əsas hissə, nəticə) əlaqələndirir; 
								
								-  müxtəlif formalı (ifadə, inşa, esse, hekayə, 
								məktub, ərizə, tərcümeyi-hal) rabitəli mətnlər 
								qurur; 
								
								-  fakt və hadisələrə yazılı münasibət bildirir; 
								
								-  müxtəlif konstruksiyalı cümlələri düzgün 
								yazır.  
								
								
								Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə 
								təlim nəticələri  
								
								
								1. Dinləyib-anlama  
								
								
								Şagird: 
								
								-  dinlədiyi nitqin məzmununu izah edir; 
								
								-  dinlədiyi məlumatın məzmununa aid təqdimatlar 
								edir; 
								
								-  dinlədiyi məlumatın məzmununu qiymətləndirir. 
								
								
								2. Danışma 
								
								
								Şagird:  
								
								-  fakt və hadisələrə münasibət bildirir; 
								
								-  danışığında məntiqi ardıcıllığa riayət edir; 
								
								-  müxtəlif mövqeli fikirləri ümumiləşdirir, 
								təqdim edir; 
								
								-  müxtəlif mövzularda əsaslandırılmış nitq 
								qurur. 
								
								
								3. Oxu  
								
								
								Şagird:  
								
								-  mətndəki yeni ifadə və terminlərin mənasını 
								izah edir; 
								
								-  mətni məzmununa və üslubuna görə düzgün 
								oxuyur; 
								
								-  oxuduğu müxtəlif üslublu mətnlərin məzmununu 
								şərh edir; 
								
								-  müxtəlif üslublu mətnləri təhlil edir və 
								dəyərləndirir. 
								
								
								4. Yazı 
								
								
								Şagird: 
								
								-  yazısında orfoqrafik, qrammatik və durğu 
								işarələri qaydalarına əməl edir; 
								
								-  özünün və başqasının yazısını təkmilləşdirir; 
								
								-  müxtəlif üslublu yazılar yazır; 
								
								-  rəy, çıxış, layihə və təqdimatlar 
								hazırlayır.  
								
								
								Siniflər üzrə məzmun standartları  
								
								
								V SİNİF  
								
								
								V sinfin sonunda şagird: 
								
								-  kiçikhəcmli dialoqlarda iştirak edir; 
								
								-  kiçikhəcmli mətnlərin məzmununu danışır; 
								
								- dinlədiyi və oxuduğu mətnlərdə yeni söz və 
								ifadələri seçir, qruplaşdırır və düzgün oxuyur; 
								
								-  sözləri məna və qrammatik cəhətdən 
								əlaqələndirərək cümlələr qurur.  
								
								
								Məzmun xətləri üzrə əsas və alt-standartlar  
								
								
								1. Dinləyib- anlama 
								
								
								Şagird:  
								
								1.1.      Dinlədiyi mətnin məzmununu anladığını 
								nümayiş etdirir. 
								
								1.1.1.   Müraciətlər zamanı sadə sualları 
								cavablandırır. 
								
								1.1.2.   Dinlədiyi mətndə yeni söz və ifadələri 
								seçir. 
								
								
								2. Danışma 
								
								
								Şagird:  
								
								2.1.      Şifahi nitq bacarıqları nümayiş 
								etdirir. 
								
								2.1.1.   Yeni söz və ifadələrdən düzgün istifadə 
								edir. 
								
								2.1.2.   Kiçikhəcmli dialoqlarda iştirak edir. 
								
								2.1.3.   Kiçikhəcmli mətnlərin məzmununu 
								danışır. 
								
								
								3. Oxu 
								
								
								Şagird:  
								
								3.1.      Oxuduğu mətnin məzmununu mənimsədiyini 
								nümayiş etdirir. 
								
								3.1.1.   Söz  və ifadələri seçir və 
								qruplaşdırır. 
								
								3.1.2.   Mətndəki sözləri düzgün tələffüzlə 
								oxuyur. 
								
								3.1.3.   Mətnin bütöv hissələrini fərqləndirir. 
								
								3.1.4.   Mətnin məzmununa uyğun suallara cavab 
								verir. 
								
								
								4. Yazı 
								
								
								Şagird:  
								
								4.1.      Düzgün yazı bacarıqları nümayiş 
								etdirir. 
								
								4.1.1.   Verilmiş sözləri məna və qrammatik 
								cəhətdən əlaqələndirərək cümlələr qurur. 
								
								4.1.2.   Gördüyü  əşya və hadisələrin adını 
								yazır. 
								
								4.1.3.   Sözlərdə böyük və kiçik hərflərin 
								yazılış qaydalarına əməl edir. 
								
								  
								
								
								VI SİNİF  
								
								
								VI sinfin sonunda şagird: 
								
								-  dinlədiyi mətndəki yeni informasiyanı müəyyən 
								edir; 
								
								-  söz və ifadələrin leksik-semantik mənalarını 
								fərqləndirir, onlardan danışığında istifadə 
								edir; 
								
								-  müxtəlif mövzulu dialoqlarda iştirak edir; 
								
								-  mətni tərkib hissələrinə ayırır və məzmununa 
								uyğun suallar verir; 
								
								-  sözləri düzgün yazır, kiçikhəcmli mətnlər 
								qurur; 
								
								-  məktub və elan yazır.  
								
								
								Məzmun xətləri üzrə əsas və alt-standartlar 
								
								
								1. Dinləyib- anlama 
								
								
								Şagird:  
								
								1.1.      Dinlədiyi mətnin məzmununu anladığını 
								nümayiş etdirir. 
								
								1.1.1.   Müraciətlər zamanı sualları 
								cavablandırır. 
								
								1.1.2.   Dinlədiyi mətndəki yeni informasiyanı 
								müəyyən edir. 
								
								
								2. Danışma 
								
								
								Şagird:  
								
								2.1.      Şifahi nitq bacarıqları nümayiş 
								etdirir. 
								
								2.1.1.   öyrəndiyi yeni söz və ifadələrdən 
								mövzuya uyğun istifadə edir. 
								
								2.1.2.   Müxtəlif mövzulu dialoqlarda iştirak 
								edir. 
								
								2.1.3.   Mövzu ilə bağlı fikirlərini ifadə edir. 
								
								
								3. Oxu 
								
								
								Şagird:  
								
								3.1.      Oxuduğu mətnin məzmununu mənimsədiyini 
								nümayiş etdirir. 
								
								3.1.1.   Söz və ifadələrin leksik-semantik 
								mənasını fərqləndirir. 
								
								3.1.2.   Mətndəki sözləri düzgün vurğu ilə 
								oxuyur. 
								
								3.1.3.   Mətni tərkib hissələrinə (giriş, əsas 
								hissə, nəticə) ayırır. 
								
								3.1.4.   Mətnin məzmununa uyğun suallar verir. 
								
								
								4. Yazı 
								
								
								Şagird:  
								
								4.1.      Düzgün yazı bacarıqları nümayiş 
								etdirir. 
								
								4.1.1.   Verilmiş cümlələr əsasında kiçikhəcmli 
								mətnlər qurur. 
								
								4.1.2.   Gördüyü əşya və hadisələrin 
								əlamətlərini yazır. 
								
								4.1.3.   Sözləri orfoqrafiya qaydalarına uyğun 
								yazır. 
								
								4.1.4.   Məktub və elan yazır.  
								
								
								VII SİNİF  
								
								
								VII sinfin sonunda şagird: 
								
								-  dinlədiyi və oxuduğu mətnlərdə əsas fikri və 
								məntiqi ardıcıllığı müəyyən edir; 
								
								-  nitq etiketlərindən, nitq modellərindən 
								istifadə edir; 
								
								-  verilmiş mövzu ilə bağlı fikirlərini şifahi 
								və yazılı ifadə  edir; 
								
								-  orfoqrafiya işarələrindən düzgün istifadə 
								edir; 
								
								-  afişa və dəvətnamə yazır.  
								
								
								Məzmun xətləri üzrə əsas və alt-standartlar 
								
								
								1. Dinləyib- anlama 
								
								
								Şagird:  
								
								1.1.      Dinlədiyi mətnin məzmununu anladığını 
								nümayiş etdirir. 
								
								1.1.1.   Müraciətlərə uyğun tapşırıqları icra 
								edir. 
								
								1.1.2.   Dinlədiyi mətndəki əsas fikri müəyyən 
								edir. 
								
								
								2. Danışma 
								
								
								Şagird:  
								
								2.1.      Şifahi nitq bacarıqları nümayiş 
								etdirir. 
								
								2.1.1.   öyrəndiyi nitq modellərindən 
								məqsədyönlü istifadə edir. 
								
								2.1.2.   Dialoqlarda nitq etiketlərindən 
								istifadə edir. 
								
								2.1.3.   Mövzu ilə bağlı fikirlərini müxtəlif 
								formalarda (şəxsi dəyişmək, zamanı dəyişmək) 
								ifadə edir . 
								
								
								3. Oxu  
								
								
								Şagird:  
								
								3.1.      Oxuduğu mətnin məzmununu mənimsədiyini 
								nümayiş etdirir. 
								
								3.1.1.   Söz və söz birləşmələrini morfoloji 
								xüsusiyyətlərinə görə qruplaşdırır. 
								
								3.1.2.   Mətni uyğun ton, temp, ritm və fasilə 
								ilə oxuyur. 
								
								3.1.3.   Mətnin tərkib hissələri arasındakı 
								məntiqi ardıcıllığı müəyyən edir. 
								
								3.1.4.   Mətndəki əsas fikri müəyyən edir. 
								
								
								4. Yazı 
								
								
								Şagird:  
								
								4.1.      Düzgün yazı bacarıqları nümayiş 
								etdirir. 
								
								4.1.1.   Verilmiş mövzu üzrə fikirlərini yazılı 
								ifadə edir. 
								
								4.1.2.   Müxtəlif əşya və hadisələri təsvir 
								edir. 
								
								4.1.3.   Orfoqrafiya işarələrindən düzgün 
								istifadə edir. 
								
								4.1.4.   Afişa və dəvətnamə yazır.  
								
								
								VIII SİNİF  
								
								
								VIII sinfin sonunda şagird: 
								
								-  dinlədiyi və oxuduğu mətnin məzmununu 
								hissələrə ayırır və plan tərtib edir; 
								
								-  müxtəlif cümlə konstruksiyalarından istifadə 
								etməklə fikirlərini ardıcıl ifadə edir; 
								
								- söz və söz birləşmələrini qrammatik 
								xüsusiyyətlərinə görə fərqləndirir, cümlələri 
								düzgün intonasiya ilə oxuyur; 
								
								-  mətndəki fakt və hadisələri seçir, 
								qruplaşdırır; 
								
								-  durğu işarələrindən düzgün istifadə edir; 
								
								-  anket formaları doldurur, məlumat xarakterli 
								mətnlər tərtib edir.  
								
								
								Məzmun xətləri üzrə əsas və alt-standartlar 
								
								
								1. Dinləyib anlama 
								
								
								Şagird:  
								
								1.1.      Dinlədiyi mətnin məzmununa münasibət 
								bildirir. 
								
								1.1.1.   Müraciətlərə uyğun tapşırıqları ardıcıl 
								icra edir. 
								
								1.1.2.   Dinlədiyi mətnin məzmununu hissələrə 
								ayırır. 
								
								
								2. Danışma 
								
								
								Şagird:  
								
								2.1.      Şifahi nitq bacarıqları nümayiş 
								etdirir. 
								
								2.1.1.   Fikrini müxtəlif cümlə konstruksiyaları 
								ilə ifadə edir. 
								
								2.1.2.   Müzakirələrdə mövzu ilə bağlı 
								fikirlərini bildirir. 
								
								2.1.3.   Mövzu ilə bağlı fikirləri məntiqi 
								ardıcıllıqla ifadə edir. 
								
								
								3. Oxu 
								
								
								Şagird:  
								
								3.1.      Oxuduğu mətnin məzmununu mənimsədiyini 
								nümayiş etdirir. 
								
								3.1.1.   Söz və ifadələri qrammatik-semantik 
								xüsusiyyətlərinə görə fərqləndirir. 
								
								3.1.2.   Cümlələri məqsəd və intonasiyaya görə 
								düzgün oxuyur. 
								
								3.1.3.   Mətnin məzmununa uyğun plan tutur. 
								
								3.1.4.   Mətndəki əsas fakt və hadisələri seçir, 
								qruplaşdırır. 
								
								
								4. Yazı  
								
								
								Şagird:  
								
								4.1.      Düzgün yazı bacarıqları nümayiş 
								etdirir. 
								
								4.1.1.   Dinlədiyi mətnin məzmununu ardıcıl 
								yazır. 
								
								4.1.2.   Məlumat xarakterli mətnlər yazır. 
								
								4.1.3.   Sadə cümlələrdə durğu işarələrindən 
								istifadə edir. 
								
								4.1.4.   Müxtəlif anket formalarını doldurur.  
								
								
								IX SİNİF  
								
								
								IX sinfin sonunda şagird: 
								
								-  dinlədiyi və oxuduğu mətnin məzmununu danışır; 
								
								-  oxuduğu mətnin məzmununa yazılı və şifahi 
								münasibət bildirir; 
								
								-  müzakirələrə qoşulur, fikirlərini izah edir; 
								
								-  nitq vahidlərindən istifadə etməklə 
								fikirlərini müxtəlif formalarda ifadə edir; 
								
								-  müxtəlif konstruksiyalı cümlələri düzgün 
								oxuyur və yazır; 
								
								-  tərcümeyi-hal, ərizə yazır.  
								
								
								Məzmun xətləri üzrə əsas və alt-standartlar 
								
								
								1. Dinləyib-anlama 
								
								
								Şagird:  
								
								1.1.      Dinlədiyi mətnin məzmununa münasibət 
								bildirir. 
								
								1.1.1.   Müraciətdə ifadə olunan fikrə münasibət 
								bildirir. 
								
								1.1.2.   Dinlədiyi mətnin məzmununu şərh edir. 
								
								
								2. Danışma 
								
								
								Şagird:  
								
								2.1.      Şifahi nitq bacarıqları nümayiş 
								etdirir. 
								
								2.1.1.   Fikrini müxtəlif nitq vahidlərindən 
								istifadə etməklə ifadə edir. 
								
								2.1.2.   Müxtəlif mövzularda müzakirələr (təbiət, 
								cəmiyyət, ailə, məktəb) aparır. 
								
								2.1.3.   Fikirlərini müqayisələr aparmaqla izah 
								edir. 
								
								
								3. Oxu 
								
								
								Şagird: 
								
								3.1.      Oxuduğu mətnin məzmununu mənimsədiyini 
								nümayiş etdirir. 
								
								3.1.1.   Söz və ifadələrin qrammatik-semantik 
								xüsusiyyətlərini izah edir . 
								
								3.1.2.   Mətndəki müxtəlif konstruksiyalı 
								cümlələri düzgün oxuyur. 
								
								3.1.3.   Oxuduğu mətnin məzmununu məntiqi 
								ardıcıllıqla danışır. 
								
								3.1.4.   Oxuduğu mətnin məzmununa münasibət 
								bildirir. 
								
								
								4. Yazı  
								
								
								Şagird:  
								
								4.1.      Düzgün yazı bacarıqları nümayiş 
								etdirir. 
								
								4.1.1.   Fikirlərini müxtəlif formalarda (inşa, 
								esse, hekayə) ifadə edir. 
								
								4.1.2.   Fakt və hadisələrə yazılı münasibət 
								bildirir. 
								
								4.1.3.   Müxtəlif konstruksiyalı cümlələri 
								düzgün yazır. 
								
								4.1.4.   Ərizə, tərcümeyi-hal yazır.  
								
								
								X SİNİF  
								
								
								X sinfin sonunda şagird: 
								
								-  fikir və mülahizələrini, fakt və hadisələri 
								yazılı və şifahi şərh edir; 
								
								-  mətnin məzmununa, müxtəlif mövqeli fikirlərə 
								münasibət bildirir; 
								
								-  mətnləri üslubuna görə fərqləndirir, 
								məzmununa uyğun intonasiya ilə oxuyur; 
								
								-  ifadə və terminlərin mənasını 
								müəyyənləşdirir; 
								
								-  mənbələrdən istifadə etməklə hesabat və 
								çıxışlar hazırlayır, yazısını düzəlişlər və 
								əlavələr etməklə təkmilləşdirir.   
								
								
								Məzmun xətləri üzrə əsas və alt-standartlar 
								
								
								 1. Dinləyib-anlama 
								
								
								Şagird:  
								
								1.1.      Dinlədiyi mətnin məzmununa münasibət 
								bildirir. 
								
								1.1.1.   Dinlədiyi nitqin məzmununu izah edir. 
								
								1.1.2.   Dinlədiyi mətndəki fakt və hadisələri 
								qruplaşdırır, ümumiləşdirmələr aparır. 
								
								
								2. Danışma 
								
								
								Şagird:  
								
								2.1.      Şifahi nitq bacarıqları nümayiş 
								etdirir. 
								
								2.1.1.   Fakt və hadisələri şərh edir. 
								
								2.1.2.   Müxtəlif mövqeli fikirlərə münasibət 
								bildirir. 
								
								2.1.3.   ümumiləşdirmə aparmaqla fikirlərini 
								şərh edir. 
								
								
								3. Oxu 
								
								
								Şagird:  
								
								3.1.      Oxuduğu mətnin məzmununu mənimsədiyini 
								nümayiş etdirir. 
								
								3.1.1.   Mətndəki yeni ifadə və terminlərin 
								mənasını müəyyənləşdirir. 
								
								3.1.2.   Mətni məzmununa uyğun intonasiya ilə 
								oxuyur. 
								
								3.1.3.   Oxuduğu mətnləri üslubuna görə 
								fərqləndirir. 
								
								3.1.4.   Mətndəki fakt və hadisələri təhlil 
								edir. 
								
								
								4. Yazı  
								
								
								Şagird:  
								
								4.1.      Düzgün yazı bacarıqları nümayiş 
								etdirir. 
								
								4.1.1.   Mənbələrdən istifadə etməklə yazısına 
								düzəlişlər və əlavələr edir. 
								
								4.1.2.   Oxuduğu mətnlə bağlı mülahizələrini 
								yazır. 
								
								4.1.3.   Cümlələri və abzasları düzgün 
								əlaqələndirmək üçün bağlayıcı vasitələrdən  
								istifadə edir. 
								
								4.1.4.   Hesabat və çıxışlar hazırlayır.  
								
								
								XI SİNİF  
								
								
								XI sinfin sonunda şagird: 
								
								-  dinlədiyi məlumatları, müxtəlif mövqeli 
								fikirləri ümumiləşdirir, təqdimatlar hazırlayır; 
								
								-  fakt və hadisələri real həyatla 
								əlaqələndirərək şərh edir, onlara münasibət 
								bildirir; 
								
								-  müxtəlif üslublu mətnləri düzgün oxuyur, 
								məzmununu şərh edir; 
								
								-  ifadə və terminlərin kontekstə uyğun mənasını 
								izah edir; 
								
								-  müxtəlif üslublu mətnlər qurur, özünün və 
								başqasının yazısını təkmilləşdirir; 
								
								-  yazı qaydalarına əməl edir.  
								
								
								Məzmun xətləri üzrə əsas və alt-standartlar 
								
								
								1. Dinləyib- anlama 
								
								
								Şagird:  
								
								1.1.      Dinlədiyi mətnin məzmununa münasibət 
								bildirir. 
								
								1.1.1.   Dinlədiyi məlumatın məzmununa aid 
								təqdimatlar edir. 
								
								1.1.2.   Dinlədiyi mətnin məzmununu 
								qiymətləndirir. 
								
								
								2. Danışma 
								
								
								Şagird:  
								
								2.1.      Şifahi nitq bacarıqları nümayiş 
								etdirir. 
								
								2.1.1.   Fakt və hadisələrə münasibət bildirir. 
								
								2.1.2.   Müxtəlif mövqeli fikirləri 
								ümumiləşdirir, təqdimatlar edir. 
								
								2.1.3.   Müxtəlif mövzularda əsaslandırılmış 
								nitq qurur. 
								
								
								3. Oxu 
								
								
								Şagird:  
								
								3.1.      Oxuduğu mətnin məzmununu mənimsədiyini 
								nümayiş etdirir. 
								
								3.1.1.   Yeni ifadə və terminlərin kontekstə 
								uyğun mənasını izah edir. 
								
								3.1.2.   Müxtəlif üslublu mətnləri düzgün 
								oxuyur. 
								
								3.1.3.   Müxtəlif üslublu mətnlərin məzmununu 
								şərh edir. 
								
								3.1.4.   Mətndəki fakt və hadisələri real 
								həyatla əlaqələndirərək şərh edir. 
								
								
								4. Yazı  
								
								
								Şagird:  
								
								4.1.      Düzgün yazı bacarıqları nümayiş 
								etdirir. 
								
								4.1.1.   özünün və başqasının yazısını 
								təkmilləşdirir. 
								
								4.1.2.   Fikirlərini müxtəlif üslublarda ifadə 
								edir. 
								
								4.1.3.   Orfoqrafiya, qrammatika və durğu 
								işarəsi qaydalarına əməl edir. 
								
								4.1.4.   Layihələr və təqdimatlar hazırlayır.  
								
								
								(Ardı
								
								
								var)
								 |