| 
								
								Dekabrın 5-də 201 nömrəli orta məktəbdə  "Uşaq  
								ili"nə həsr olunmuş  "Dünya sənin, dünya  mənim, 
								bizlər isə bu Vətənin" adlı  tədbir 
								keçirilmişdir.  
								
								Mərasimdə Nizami Rayon İcra Hakimiyyətinin 
								başçısı Tahir Budaqov, təhsil nazirinin  müavini 
								Elmar Qasımov, Bakı şəhər İcra Hakimiyyəti 
								başçısının müavini Fidumə Hüseynova, Ailə, Qadın 
								və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin 
								sədr müavini Sədaqət Qəhrəmanova, 
								Valideyn-Müəllim Assosiasiyasının prezidenti 
								Təranə Şərifova, YAP Nizami Rayon Təşkilatının 
								sədri Sədaqət Vəliyeva, H.Əliyev adına Neft  
								Emalı Zavodunun direktoru Elman İsmayılov, Bakı 
								Şəhəri üzrə Təhsil  İdarəsinin müdir müavini  
								Məhəbbət Qarabağlı, Azərbaycan Respublikası 
								Ombudsman aparatının, qeyri-hökumət 
								təşkilatlarının nümayəndələri, məktəb 
								direktorları, müəllimlər, valideyn və şagirdlər 
								iştirak edirdilər.  
								
								Məktəbin direktoru  Süsən  Salmanova   
								iştirakçıları salamlayıb ölkəmizdə  uşaqlara 
								göstərilən diqqət və qayğıdan, onların təhsil 
								alması üçün yaradılan şəraitdən danışdı. 
								 
								
								Sonra söz şagirdlərə verildi. Onlar üzərlərinə 
								düşən vəzifələrin Vətən qarşısında borclarından, 
								müasir gəncliyə  yiyələnməsi vacib olan 
								keyfiyyətlərdən danışdılar. Onların ifasında 
								maraqlı bədii  proqram təqdim olundu.  
								Şagirdlərdən Aysel Məmmədovanın, Aliyə 
								Mürsəlovanın, Ləman Rəcəbovanın, Sevinc  
								Quliyevanın, Kamran Tağızadənin, Faiq Xıdırovun, 
								Səmayə Piriyevanın  söylədikləri şeirlər, 
								bayatılar, göstərdikləri tamaşalar, səhnəciklər 
								tədbir iştirakçılarında xoş ovqat yaratdı. 
								
								Dil-ədəbiyyat müəllimi  Simuzər  Əhmədova  
								"Uşaqlarımızı problemli dünyadan necə 
								uzaqlaşdıraq, problemsiz dünya yoxdur, güvənc 
								yerimiz  Vətəndir"  mövzusunda  çıxış etdi.
								 
								
								Tədbirdə ümummilli lider Heydər Əliyevin, ölkə 
								Prezidenti İlham Əliyevin, eləcə də Heydər 
								Əliyev  Fondunun prezidenti Mehriban xanım 
								Əliyevanın və təhsil  naziri Misir Mərdanovun  
								müxtəlif vaxtlarda uşaqlarla görüşlərindən lentə 
								alınmış bəzi məqamlar nümayiş olundu. 
								
								Ecazkar uşaq aləminin sehrinə düşən  qonaqlar 
								belə gözəl tədbirə görə məktəbin kollektivinə öz 
								təşəkkürlərini bildirdilər.  
								
								Sonda şagirdlərə hədiyyələr verildi.  
								
								Sifai  SƏFƏROVA |