| 
								 
								
								 Sumqayıtda 
								yay tətili dövründə şagirdlərin istirahətlərinin 
								təşkili diqqət mərkəzində saxlanılır.  Belə ki, 
								şəhər rəhbərliyinin təşəbbüsü ilə  şəhər gənclər 
								və idman baş idarəsinin və təhsil şöbəsinin 
								maliyyə vəsaiti hesabına 2003-cü ildən 
								başlayaraq hər il yay tətili günlərində tədris 
								ocaqlarında məktəblilərin yay istirahət 
								düşərgələri təşkil edilir. Birinci il altı 
								məktəbdə təşkil olunan belə düşərgələr  sonrakı 
								illərdə daha çox məktəbi əhatə etmişdir. Bu il 
								isə yay istirahət düşərgələri  şəhərimizin 46 
								ümumtəhsil məktəbində fəaliyyət göstərmişdir. 
								Hər il olduğu kimi, bu dəfə də yay istirahət 
								düşərgələrində hər məktəbdən 50 nəfər olmaqla 
								2300 nəfərdən çox şagird dincəlmişdir. 
								Şagirdlərin təlim-tərbiyəsi ilə hər məktəbdə 3 
								nəfər tərbiyəçi olmaqla 138 nəfər pedaqojı işçi 
								məşğul olmuşdur. Düşərgələr iyulun 1-dən 
								fəaliyyətə başlayaraq, istirahət günləri nəzərə 
								alınmadan, 21 gün davam etmişdir.  
								
								
								 Düşərgənin 
								təşkil edildiyi məktəblərdə iş rejimi səhər saat 
								9.00-dan 13.00-dək davam etmiş, bu müddət 
								ərzində şagirdlərə yüngül səhər yeməyi verilmiş, 
								müxtəlif oyunlar, idman yarışları, görüşlər, 
								intellektual debatlar, şəhərin görməli 
								yerlərinə, parklara gəzintilər, kompüterlə 
								məşqul olmaq və s. maraqlı tədbirlər təşkil 
								olunmuşdur. Hər gün 8 düşərgə Sumqayıt Tarix 
								Muzeyinə, Paralimpiya Mərkəzinə, Şəkil 
								Qalereyesına,  Uşaq və Yeniyetmələrin 
								Yaradıcılıq Mərkəzinə, Bakı şəhərində Qız 
								qalası, Şirvanşahlar sarayı tarixi abidələrinə 
								və zooparka aparılmışdır. 
								
								
								Artıq iki ildir ki, hər gün iki düşərgə olmaqla 
								Quba şəhərinə birgünlük gəzinti təşkil olunur. 
								Ötən il olduğu kimi, bu il də həmin gəzinti 
								zamanı uşaqlar öncə Qubadakı soyqırım 
								məzarlığını ziyarət etmiş, sonra isə Ərməki 
								kəndində yerləşən "Qırmızı qərənfil" istirahət 
								düşərgəsində dincəlmişlər. Bu da şagird və 
								valideynlər arasında böyük rezonans yaradaraq, 
								yay düşərgələrinə marağın artmasına səbəb 
								olmuşdur.  
								
								
								Düşərgələrin təntənəli açılışı və bağlanışı, 
								açılışda şəhər rəhbərliyinin, ictimayyətin 
								nümayəndələrinin çıxışları, düşərgənin 
								fəaliyyəti dövründə fərqlənən uşaqların 
								rəğbətləndirilməsi də yaddaqalan hadisələrdən 
								olmuşdur.   
								
								
								
								Təranə HAQVERDİYEVA, 
								Sumqayıt Şəhər Təhsil Şöbəsinin yay  
								düşərgələri üzrə  ümumi rəhbəri  |