| 
								 
								
								Artıq neçə ildir ki, Sumqayıt Şəhər Təhsil 
								Şöbəsində fəaliyyət göstərən veteran müəllimlər 
								şurası üzvlərinin çağırışçı gənclərlə görüşü bir 
								ənənəyə çevrilib. Bu günlərdə ümumtəhsil 
								məktəblərində çalışan veteran müəllimlər 
								Sumqayıt Şəhər Hərbi Komissarlığında çağırışçı 
								gənclərlə maraqlı görüş keçiriblər. Gənclərin 
								hərbi xidmətə yolasalma mərasiminə həsr olunmuş 
								tədbirdə şəhər təhsil şöbəsi veteranlar 
								şurasının sədri Məşdi Zeynalov çıxış edərək, 
								belə tədbirlərin gənclərin hərbi vətənpərvərlik 
								tərbiyəsində çox böyük əhəmiyyəti olduğunu 
								bildirib. 
								
								
								Görüşdə çıxış edən şəhər 25 nömrəli orta 
								məktəbin direktoru, şair-publisist Əvəz Mahmud 
								Lələdağın Vətənə, torpağa həsr etdiyi şeirlər 
								tədbir iştirakçılarında xoş ovqat yaradıb. 
								
								
								Tədbirdə veteran müəllimlərdən Nəsrəddin 
								Həsənov, Sərdar Quliyev, Həsən Həsənov, Qulu 
								Əbdürrəhmanov, Hətəm Əliyev və Fuad Fətəliyev 
								çıxış edərək sumqayıtlı çağırışçılara Vətənin 
								müdafiəsində ayıq-sayıq durmalarını tövsiyə edib 
								və onlara bu şərəfli işdə uğurlar diləyiblər. 
								
								
								
								ƏDALƏT  |