| 
								
								2009-cu ildə ölkəmizdə elm və təhsilin 
								inkişafndakı xidmətlərinə görə Azərbaycan 
								Respublikası Prezidentinin sərəncamları ilə 1 
								nəfər "İstiqlal", 4 nəfər, "Şərəf", 20 nəfər 
								"Şöhrət" ordenləri, 115 nəfər "Tərəqqi" medalı 
								ilə təltif olunub, 10 nəfər "Əməkdar elm 
								xadimi", 1 nəfər "Əməkdar incəsənt xadimi", 124 
								nəfər "Əməkdar müəllim", 5 nəfər "Əməkdar 
								jurnalist", 5 nəfər "Əməkdar mühəndis", 1 nəfər 
								"Əməkdar mədəniyyət işçisi", 9 nəfər "Əməkdar 
								bədən tərbiyəsi və idman xadimi" fəxri adları 
								ilə mükafatlandırılıb. 
								
								*** 
								
								İl ərzində habelə 17 nəfər tanınmış alim və 
								təhsil işçisinə Azərbaycan Respublikası 
								Prezidentinin fərdi təqaüdləri verilib. 
								
								*** 
								
								Azərbaycan Respublikasının Prezidenti cənab 
								İlham Əliyevin 1 sentyabr 2009-cu il tarixli 
								sərəncamları ilə 2008-2009-cu tədris ilində 
								keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" 
								müsabiqəsinin qalibi olan 50 məktəb 10000 manat 
								və "Ən yaxşı müəllim" müsabiqəsində qalib olmuş 
								100 müəllim isə 5000 manat məbləğində  
								birdəfəlik  pul  mükafatı  ilə  
								mükafatlandırılıb. 
								
								*** 
								
								2009-cu ildə Azərbaycan Respublikası 
								Prezidentinin sərəncamları ilə musiqi sahəsində 
								xüsusi istedadı olan 11 yeniyetmə və gənc adları 
								Azərbaycanın gənc istedadlarının "Qızıl 
								kitabı"na yazılmaqla Azərbaycan Respublikası 
								Prezidentinin xüsusi aylıq təqaüdünə  layiq 
								görülmüşdür. |