| 
								
								Dekabrın 22-də Bakı Dövlət Universitetində BDU 
								və Rusiya Elmlər Akademiyasının Rentgenstruktur 
								Analiz Mərkəzi  arasında təsdiqlənmiş layihə 
								çərçivəsində təşkil olunmuş təlim kursunun 
								müdavimlərinə sertifikatların təqdim olunma 
								mərasimi keçirildi. 
								
								Tədbiri giriş sözü ilə BDU-nun rektoru Abel 
								Məhərrəmov açaraq bildirdi ki, bu layihə 
								Azərbaycanda kristal qrafiya elminin inkişafı 
								üçün tarixi bir layihədir.  Layihə çərçivəsində 
								BDU-da milli gənc kadrların hazırlanması əsas 
								məqsəd  kimi qarşıya qoyulmuşdu.Kimya 
								fakültəsində rentgenstruktur analiz 
								laboratoriyası yaradılmış və Rusiyadan da bura 
								tanınmış mütəxəssislər cəlb olunmuşdur.Nəticədə 
								elmin bu sahəsində böyük  uğur əldə edən 12 
								nəfər gənc BDU-da RSA tədqiqatları  apara bilir. 
								
								Tədbirdə iştirak edən təhsil naziri Misir 
								Mərdanov BDU ilə Rusiya Elmlər Akademiyasının 
								Rengenstruktur Analiz Mərkəzi arasında 
								təsdiqlənmiş layihəni xüsusi qiymətləndirdi və 
								bu gün BDU -da yaradılmış "Rentgenstruktur 
								analiz" laboratoriyasında olduğunu tədbir 
								iştirakçılarının nəzərinə çatdırdı. Elm 
								sahəsində bu cür uğurlar qazanılmasının ölkə 
								başçısının diqqət və qayğısı nəticəsində mümkün 
								olduğunu   deyən təhsil naziri Misir Mərdanov 
								elmi  əməkdaşlığa görə Rusiya Elmlər 
								Akademiyasının  mütəxəssislərinə öz  təşəkkürünü 
								bildirdi. 
								
								Sonda təhsil naziri Misir Mərdanov və AMEA-nın 
								vitse-prezidenti, akademik  Akif Əlizadə 
								tərəfindən təlim kursunun 12 müdaviminə 
								sertifikatlar təqdim olundu. |