| 
								 
								
								"Oriqami" Uşaq və Yeniyetmələr İctimai 
								birliyinin iyunun 3-dən Dünya Bankı Qrupunun 
								maliyyə dəstəyi ilə Suraxanı rayonu 5, 19, 268, 
								312, 313 nömrəli bağçalarında həyata keçirdiyi 
								"Yol hərəkəti qaydalarını öyrənirik" layihəsi 
								548 uşağı əhatə etmişdir. Uşaqlarla 2 ay ərzində 
								35 praktik məşğələ keçirilmişdir. Bu məşğələlər 
								zamanı uşaqlara yol hərəkəti qaydalarına düzgün 
								əməl etmək, tanımaq və onlara aid bilikləri 
								əyləncəli oyun və tapşırıqlar formasında 
								aşılanmış və öyrədilmişdir. 
								
								
								Layihə iştirakçıları praktik məşğələlər zamanı 
								qurulmuş səhnəciklərdə "piyada", "sərnişin", 
								"yol polisi", "taksi", "avtomobil", "tramvay", 
								"trolleybus" rollarını ifa edərək yol hərəkəti 
								qaydaları barəsində aldıqları bilikləri daha da 
								möhkəmləndirmişlər. 
								
								
								İyulun 27-dən başlayaraq 1 həftə ərzində 
								layihənin son mərhələsinin icrası həyata 
								keçirilir. Suraxanı rayonu 5, 19, 268, 312, 313 
								nömrəli bağçalarda "Oriqami" QHT tərəfindən 
								təşkil olunmuş son məşğələlərdə uşaqlar 
								əyləncəli oyun və tapşırıqlar zamanı yol 
								hərəkəti haqqında aldıqları bilik və bacarıqları 
								nümayiş etdirirlər. Yekun məşğələnin sonunda 
								uşaqlara layihə çərçivəsində döş nişanları, 
								təsvirli torbalar və oyuncaq nəqliyyat 
								vasitələri paylanacaq. 
								
								
								Bundan əlavə, hər bir bağçanın sərəncamına, 
								layihə çərçivəsində, bir ədəd uşaqların 
								istifadəsi üçün kiçik maşınlar, motosiklet və 
								velosipedlər hədiyyə ediləcək.  |