| 
								 
								
								Məktəbdənkənar təhsil sahəsində 2010-cu ildə 
								istedadlı uşaqların aşkara çıxarılması, onların 
								yaradıcılıq  potensialının  inkişaf etdirilməsi, 
								müsabiqələrin  və yarışların  keçirilməsi  
								nəzərdə tutulub. Ali məktəb  tələbələri arasında 
								futbol üzrə III respublika çempionatının, 
								uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin 
								profilaktikası üzrə maarifləndirici müəllif 
								proqramının ümumrespublika müsabiqəsinin 
								keçirilməsi, məktəbdənkənar tərbiyə müəssisələri 
								üzrə  istedadlı uşaqların  informasiya bankının 
								yaradılması planlaşdırılıb. Eyni zamanda 2010-cu 
								ildə   istedadlı şagirdlər üçün  ayrı-ayrı 
								fənlər üzrə  nümunəvi olimpiada  tapşırıqları və 
								test topluları da  nəşr ediləcəkdir.    
								
								
								
								S.SƏFƏROVA  |