| 
								 
								
								Azərbaycana və azərbaycanlılara qarşı 
								ermənilərin tarix boyu törətdiyi soyqırımları, 
								qəddarlıqları, qətliamları, düşmənçiliyi 
								tanıtmaq, böyüməkdə olan uşaq və gənclərdə 
								erməni terroruna, erməni millətçiliyinə barışmaz 
								münasibət formalaşdırmaq məqsədilə  
								
								
								
								ƏMR EDİRƏM:  
								
								
								1. Ümumtəhsil, peşə təhsili, orta ixtisas və ali 
								məktəblərin şagird və tələbələri arasında "Erməni 
								genosidi" mövzusunda respublika  rəsm müsabiqəsi 
								keçirilsin. 
								
								
								2. Müsabiqənin keçirilmə qaydaları haqqında 
								əsasnamə, təşkilat komitəsinin tərkibi təsdiq 
								olunsun (Əlavə 1,2) 
								
								
								3. Təhsil müəssisələrinin rəhbərləri, şəhər, 
								rayon təhsil şöbələrinin, idarələrinin müdirləri 
								müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi 
								təşkilati işlər görsünlər. 
								
								
								4. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş 
								şöbəsi (A.İbrahimov) ən yaxşı rəsmlərin 30-31 
								mart 2010-cu il tarixlərində T.İsmayılov adına 
								Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq Dünyası" 
								rəsm qalereyasında sərgisini təşkil etsin. 
								
								
								5.  İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin 
								yekun tədbirinin keçirilməsi, qaliblərin 
								mükafatlandırılması üçün 1680 (min altı yüz 
								səksən) manat  vəsait ayrılmasını təmin etsin. 
								
								
								6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmr 
								və əlavələrin "Azərbaycan müəllimi" qəzetində 
								dərc olunmasını təmin etsin. 
								
								
								7. Ümumi şöbə (H.Məhərrəmova) müsabiqə 
								qaliblərinə hədiyyələrin alınmasını, əmr və 
								əsasnamənin çoxaldılaraq yerlərə göndərilməsini 
								təmin etsin. 
								
								
								8. Əmrin icrasına nəzarət nazir müavini 
								E.Qasımova həvalə edilsin.  
								
								
								
								Misir MƏRDANOV, 
								Azərbaycan Respublikasının  
								
								
								təhsil naziri 
								1 mart 2010-cu il  |