| 
								 
								
								Martın 3-də Azərbaycan Dillər Universitetinin 
								İnformasiya Resurs Mərkəzində 8 Mart Beynəlxalq 
								Qadınlar Günü və Novruz bayramı münasibətilə  
								ənənəvi əl işləri sərgisi keçirildi. Sərgidə 
								Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman 
								nazirliklərinin, beynəlxalq təşkilatların, 
								səfirliklərin, QHT-lərin nümayəndələri və ADU-nun 
								professor-müəllim heyəti iştirak edirdilər.
								  
								
								
								Sərgidə müxtəlif yaş qruplarını əhatə edən 
								xanımların biçmə-tikmə, toxuma, rəsm, karikatura, 
								müxtəlif milli geyimlər, xalçaçılıq sənətini 
								nümayiş etdirən əsərlər, yağlı boya ilə çəkilmiş 
								rəsm əsərləri, milli üslubda bəzədilmiş 
								gəlinciklər, pannolar, təbii güllərdən 
								hazırlanan kompozisiyalar, muncuq və qiymətli 
								daş-qaşlarla hazırlanmış qadın bəzək əşyaları 
								nümayiş olundu.  
								
								
								Tədbiri  giriş  sözü  ilə  açan  ADU-nun  
								Folklor  Mərkəzinin  direktoru  Rəna  Salehova 
								bundan əvvəlki əl işləri sərgilərindən  fərqli  
								olaraq,  batikanın  da  nümayiş  olunduğunu  
								sərgi  iştirakçılarının   nəzərinə   çatdırdı. 
								
								
								Sərgidə çıxış edən ADU-nun rektoru,  millət 
								vəkili, professor Səməd Seyidov sərgi 
								iştirakçılarını qarşıdan qələn 8 Mart Beynəlxalq 
								Qadınlar Günü və Novruz bayramı münasibətilə 
								təbrik etdi və sərgini yüksək qiymətləndirdi. 
								
								
								Tədbirdə Gənclər və İdman Nazirliyinin İstedadlı 
								gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva 
								İnformasiya Resurs Mərkəzində belə tədbirlərin 
								keçirilməsinin çox əhəmiyyətli olduğunu 
								vurğuladı.    
								
								
								
								Şakir CƏFƏROV   |