| 
								 
								
								Martın 1-də  Azərbaycan Müəllimlər İnstitutunda 
								Ümumdünya  Mülki Müdafiə  gününə həsr  edilmiş "Qəzalarda 
								səhiyyə" mövzusunda tədbir keçirildi. Tədbiri 
								giriş sözü ilə AMİ-nin rektoru, professor Aqiyə 
								Naxçıvanlı açaraq  keçirilən  tədbirin  
								əhəmiyyəti haqqında ətraflı məlumat verdi. 
								İnstitutun  Mülki müdafiə, tibbi biliklərin 
								əsasları və fiziki tərbiyə kafedrasının müəllimi 
								Siyavuş  Gözəlov "Qəzalarda səhiyyə"  mövzusunda 
								məruzə  ilə çıxış etdi. O, sülh və müharibə  
								dövründə yaranan fövqəladə hallar barədə ətraflı 
								məlumat verərək, bu zaman xilasedici və 
								yanğınsöndürən dəstələrin vəzifələri barədə 
								danışdı. Tələbələr tərəfindən bu hadisələr 
								praktik şəkildə göstərildi. 
								
								
								Sonra həmin kafedranın müəllimi Fatma Şəmiyeva 
								və başqalarının fövqəladə hallar zamanı 
								zərərçəkmişlərə ilk tibbi  yaradımın necə 
								göstərilməsi  barədə  çıxışları   maraqla  
								qarşılandı.    |