| 
								 
								
								Paytaxtın Nizami  rayonundakı Uşaq-Gənclər 
								Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən 
								dərnəklərin üzvləri  şəhər, respublika 
								əhəmiyyətli tədbirlərdə, beynəlxalq müsabiqə, 
								sərgi və festivallarda da fəal iştirak edirlər. 
								Xüsusilə gənc rəssamlar Hindistan, Yaponiya, 
								İngiltərə, Yunanıstan, Polşa, Rumıniya, İran və 
								s. ölkələrdə  keçirilən beynəlxalq  rəsm 
								müsabiqələrində iştirak edərək mükafatlar, 
								diplomlar, hədiyyələr qazanıblar.  
								
								
								Bu günlərdə mərkəz daha bir şad xəbər alıb. 
								Yunanıstanın Xanti bələdiyyəsi tərəfindən 
								keçirilən "4-cü Biennale" dünya uşaq  rəsm 
								müsabiqəsinə göndərilmiş rəsm dərnəyinin üzvü 
								Tural Həsənovun və  Cahid Əziminin əl işləri I,  
								Arzu Məmmədovanın, Nərmin İsmayılzadənin, Mərcan 
								Məmmədovanın əl işləri  II, Nicat Məmmədovun  
								rəsmləri  isə  III yerə layiq görülüb. 
								
								
								Bu böyük uğura görə  Yunanıstandan  qaliblərə 
								diplomlar, medallar, müsabiqənin kataloqu və 
								"5-ci  Biennale" dünya uşaq rəsm  müsabiqəsində 
								iştirak etmək üçün xüsusi dəvətnamələr 
								göndərilib. Sevindirici haldır ki, müsabiqəyə 
								təqdim olunan dünya uşaqlarının rəsm əsərləri 
								arasından seçilərək məhz mərkəzin yeniyetmə 
								rəssamı  Arzu Məmmədovanın  əsəri kataloqun üz 
								qabığına vurulmuşdur. 
								
								
								Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq  
								Mərkəzinin direktoru Lalə Qəti bildirdi ki, 
								Rusiyada, Türkiyədə, Çexiyada və Polşada 
								keçiriləcək  beynəlxalq rəsm müsabiqələrinə  də  
								yeniyetmə və gənc rəssamlar   öz əl işlərini  
								təqdim  ediblər. İnanırıq ki, bu müsabiqələrdə 
								də yetirmələrimiz uğur qazanaraq bizi 
								sevindirəcəklər.   
								
								
								
								Sifai SƏFƏROVA  |