| 
								 
								
								"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
								ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, 
								bir səviyyədən digər səviyyəyə keçid 
								Qaydalarının təsdiq edilməsi haqqında" 22 iyun 
								2010-cu il tarixli 115 nömrəli qərarını elan 
								edirəm: 
								
								
								"Təhsil haqqında" Azərbaycan Respublikası 
								Qanununun təsdiq edilməsi barədə" Azərbaycan 
								Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr 
								tarixli 156 nömrəli Fərmanının 1.9-cu bəndinin 
								icrasını təmin etmək məqsədilə Azərbaycan 
								Respublikasının Nazirlər Kabineti  
								
								
								
								QƏRARA ALIR:  
								
								
								1. "Ümumi təhsilin təhsil səviyyələri üzrə 
								müddəti, bir səviyyədən digər səviyyəyə keçid 
								Qaydaları" təsdiq edilsin (əlavə olunur). 
								
								
								2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.  
								
								
								
								A.RASİZADƏ, 
								Azərbaycan Respublikasının Baş naziri"  
								
								
								Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
								göstərilən qərarının icrası ilə əlaqədar  
								
								
								
								ƏMR EDİRƏM:  
								
								
								1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
								2010-cu il 22 iyun tarixli 115 nömrəli qərarı 
								ilə təsdiq edilmiş "Ümumi 
								təhsilin təhsil səviyyələri üzrə müddəti, bir 
								səviyyədən digər səviyyəyə keçid Qaydaları" 
								icra və rəhbərlik üçün əsas tutulsun. 
								
								
								2. Naxçıvan Muxtar Respublikasının Təhsil 
								Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, 
								Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil 
								şöbələri, Nazirliyin nəzdindəki və özəl ümumi 
								təhsil müəssisələrinin rəhbərləri bu Qaydalarla 
								əlaqədar pedaqoji kollektivlər və valideynlər 
								arasında maarifləndirmə işlərinin təşkilini 
								təmin etsinlər. 
								
								
								3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu 
								əmrin əlavəsi ilə birlikdə "Azərbaycan müəllimi" 
								qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc 
								olunmasını təmin etsin. 
								
								
								4. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.  
								
								
								
								Misir MƏRDANOV, 
								Azərbaycan Respublikasının təhsil naziri 
								1 iyul 2010-cu il  |