| 
								 
								
								 Çin 
								Xalq Respublikasının Sias Beynəlxalq 
								Universitetində Asiya Universitetləri 
								Assosiasiyasının XIV beynəlxalq simpoziumu 
								keçirilmişdir.  Asiya qitəsinin və Sakit okean 
								hövzəsinin 26 ölkəsi beynəlxalq simpoziumda 
								iştirak etmişdir. Naxçıvan Dövlət Universiteti 
								Asiya Universitetlər Assosiasiyasının üzvü 
								olduğu üçün universitetin rektoru, akademik İsa 
								Həbibbəyli həmin beynəlxalq simpoziumda 
								Azərbaycan Respublikasını təmsil etmişdir.
								 
								
								
								Asiya Universitetləri Assosiasiyasının 
								prezidenti, professor Umlay beynəlxalq 
								simpoziumda "Asiya universitetlərində beynəlxalq 
								əlaqələr və innovasiyalar" mövzusunun müzakirə 
								ediləcəyini bəyan etmiş və əsas prinsiplər 
								barədə məlumatlar vermişdir. 
								
								
								Beynəlxalq simpoziumda ev sahibliyi vəzifəsini 
								yerinə yetirən Çin Xalq Respublikasının Sias 
								Beynəlxalq Universitetinin rektoru, professor 
								Şan Kenin "Çin universitetlərində əməkdaşlıq 
								imkanları: nəticələr və perspektivlər" 
								mövzusunda məruzəsi dinlənilmişdir 
								
								
								 Naxçıvan 
								Dövlət Universitetinin rektoru, akademik İsa 
								Həbibbəylinin beynəlxalq forumda 
								"Universitetlərarası əlaqələrin yeni ünvanı: 
								Asiya" mövzusunda etdiyi məruzə maraqla 
								qarşılanmışdır. Həmçinin Naxçıvan Dövlət 
								Universiteti ilə Sias Beynəlxalq Universiteti 
								arasında qarşılıqlı əməkdaşlığa dair protokol 
								imzalanmışdır.  
								
								
								Asiya Universitetlərinin beynəlxalq 
								simpoziumunda Çin Xalq Respublikası, Cənubi 
								Koreya, Vyetnam, Malayziya, Filippin, Hindistan, 
								Banqladeş, Sinqapur, Tailand, Laos, Kamboca və 
								başqa ölkələrin nümayəndələri məruzələrlə çıxış 
								etmişlər.  
								
								
								Simpoziumda Asiya universitetlərinin qarşılıqlı 
								əlaqələrinə və birgə əməkdaşlığına dair layihə 
								müzakirə olunmuşdur. 
								
								
								Təşkilatçılar məşhur Çin səddinə və Şanlin 
								məbədgahlarına səfər təşkil etmişlər. 
								
								
								Mehriban SULTAN  |