| 
								 
								
								 Naxçıvan 
								Dövlət Universitetində ümummilli  lider  Heydər 
								Əliyevin xatirəsinə həsr olunmuş  ali məktəblər 
								arasında III futbol çempionatının qalibi - 
								universitetin futbol komandasının üzvləri ilə 
								görüş keçirilmişdir.   
								
								
								Rektor, akademik İsa Həbibbəyli çempionları 
								şərəfli qələbə münasibətilə təbrik etmiş, onlara 
								gələcək idman fəaliyyətlərində daha böyük 
								qələbələrə imza atmağı, ali məktəbin adını daim 
								uca  tutmağı diləmişdir. Tələbə 
								futbolçularımızın idman hazırlığında əvəzsiz 
								xidmətləri olan baş məşqçi, universitet 
								müəllimləri Yusif Vəliyevin, eləcə də  Seymur 
								Əliyevin xidmətlərini yüksək qiymətləndirən 
								rektor bu yaxınlarda Polşada keçiriləcək Avropa 
								ali təhsil müəssisələri arasında futbol üzrə 
								VIII  çempionatına da var-qüvvələri ilə 
								hazırlaşmağı, vətənə qələbə sevinci ilə 
								qayıtmağı arzulamışdır. Həmçinin komandanın baş 
								məşqçisi Yusif Vəliyevə, məşqçi Seymur Əliyevə, 
								komandanın kapitanı Elməddin Babışevə və 
								nigeriyalı tələbəyə Fəxri fərmanlar təqdim 
								olunmuşdur.     
								
								
								Bakı şəhərindəki "Şəfa" stadionunda keçirilən 
								final oyununda Azərbaycan Beynəlxalq 
								Universitetinin komandası  ilə  qarşılaşan 
								Naxçıvan Dövlət Universitetinin komandası 3:2 
								hesabı ilə qalib gələrək çempion adını qazanıb. 
								
								
								
								Nərmin CƏFƏROVA, 
								NDU-nun Mətbuat şöbəsinin əməkdaşı  |