| 
								 
								
								Azərbaycan Müəllimlər İnstitutunda Bakı Şəhəri 
								üzrə Təhsil İdarəsinin ümumtəhsil məktəblərində 
								tədris olunan "Həyati bacarıqlara əsaslanan 
								təhsil" fənnini 2010-2011-ci ildə tədris edən 
								müəllimlərin çoxsaylı müraciətlərini nəzərə 
								alaraq, Təhsil Nazirliyinin razılığı əsasında 
								müəllimlər üçün üçgünlük seminar təşkil 
								edilmişdir.    
								
								
								Oktyabrda keçirilmiş seminarda  44 nəfər müəllim 
								iştirak etdi. Seminarı "Həyati bacarıqlara 
								əsaslanan təhsil" (HBƏT)  kursunun proqramı və 
								tədris vəsaitlərinin müəllifləri, təcrübəli 
								təlimçilər Sevda Tağıyeva və Gülarə Hüseynova 
								apardılar. Hər iki mütəxəssis təlimləri yüksək 
								səviyyədə keçdi, müəllimlərə həm nəzəri, həm də 
								təcrübi bilik və bacarıqlar aşılayıb, proqram və 
								tədris vəsaitləri ilə işləmələri üçün onlara 
								metodiki tövsiyələr verdilər. 
								
								
								Azərbaycan Müəllimlər İnstitutunun rəhbərliyi 
								təlimin normal keçilməsi üçün hər bir şərait 
								yaratmışdı. Təlimlər davam etdirilir.  
								
								
								
								Solmaya ƏMİRƏLİYEVA  |