| 
								 
								
								Bakıdakı 219 nömrəli evdə  məktəbin pedaqoji 
								kollektivi  2010-2011-ci dərs  ilində böyüyən 
								nəslin təlim-tərbiyəsini yüksək səviyyədə 
								qurmaq, qarşıya qoyulan vəzifələri uğurla həyata 
								keçirmək üçün ilk gündən əməli işində ciddi səy 
								göstərir. 
								
								
								Məktəbin direktoru Sədaqət Məmmədova  bildirir 
								ki, tədris ocağında dərsin  təkmilləşdirilməsi 
								ilə  əlaqədar metodik işlərə geniş yer verilir. 
								Metodik iş  "Təlim və tərbiyə metodlarını 
								həyatın tələblərinə müvafiq quraq" və  
								"Yaradıcılıqla işləyən  müəllimdən yaradıcılıqla 
								işləyən kollektivə" devizləri altında aparılır. 
								Metodik iş dərsin təkmilləşdirilməsinə, proqram 
								materiallarının şagirdlər tərəfindən dərindən 
								mənimsənilməsinə kömək etməklə bərabər, eyni 
								zamanda  müəllimlərin vaxtaşırı fikir mübadiləsi 
								aparmasına, müzakirələr,  mübahisələr zamanı 
								şəxsi fikirlərini həmkarlarına çatdırmaq üçün 
								geniş  meydan  yaradır. Bu gün  məktəbdə 
								ayrı-ayrı fənlər üzrə  metodbirləşmə sədrləri   
								tərəfindən dərslərin təşkili, bu  və ya digər 
								məsələ ilə bağlı qabaqcıl müəllimlərin çıxışı, 
								seminar və konfransların keçirilməsi  mühüm rol 
								oynayır. "Açıq dərs"lər dinlənilir və 
								müzakirələr zamanı verilən tövsiyələr, 
								göstərilən metodik kömək işin xeyrinə  
								istiqamətləndirilir.  
								
								
								Burada pedaqoji işin yaxşı  təşkili   yeni işə 
								başlayan  gənc müəllimlər üçün də daha faydalı 
								olur.   
								
								
								
								Şakir CƏFƏROV  |