| 
								
								2009-2010-cu dərs ilində respublikanın 
								ümumtəhsil məktəblərinin IX və XI siniflərində  
								mərkəzləşdirilmiş qaydada keçiriləcək  buraxılış 
								imtahanlarına   hazırlıq məqsədi  ilə  ölkənin 
								şəhər və rayonlarında şagird, valideyn, məktəb 
								direktoru və fənn müəllimlərini əhatə edən  
								təlimati işlərə başlanılmışdır. 
								
								Hər iki təhsil kursu üzrə bu dərs ili  ərzində 
								bir dəfə yoxlama imtahanının keçirilməsi nəzərdə 
								tutulub. Dərs ilinin II yarımilində  
								(fevral-mart aylarında) keçiriləcək yoxlama 
								imtahanı şagirdləri buraxılış imtahanlarına 
								təlimati cəhətdən hazırlamaqla bərabər, onlara 
								öz biliklərini yoxlamaq imkanı verir, eyni 
								zamanda attestata yazılacaq yekun qiymətə öz 
								təsirini göstərir.  
								
								Əsas təhsil  kursu üzrə yoxlama və  buraxılış  
								imtahanları ana dili və riyaziyyat,    orta 
								təhsil kursu üzrə isə  ana dili və ədəbiyyat, 
								riyaziyyat, Azərbaycan tarixi,  fizika, kimya, 
								biologiya, cografiya və xarici dil  fənlərindən  
								aparılacaq.  
								
								İmtahanlara lazımi səviyyədə hazırlaşmaq məqsədi 
								ilə IX siniflər üçün yeni test bankı yaradılıb, 
								XI siniflər üçün isə mövcud test bankı 
								təkmilləşdirilərək yeniləşdirilib. Hər iki 
								siniflər üzrə tərtib edilmiş test bankının bu 
								dərs ilinin  II yarımilinədək şagirdlərin 
								istifadəsinə verilməsi nəzərdə tutulub.   
								Şagirdlərə  imtahanlara test bankındakı sualları 
								əzbərləməklə deyil, həmin sualların həlli 
								yollarını öyrənməklə hazırlaşmalarını tövsiyə 
								edirik. 
								
								Əsas və orta  təhsil  kursları  üzrə  
								imtahanlar  səhər saat 10.00-da başlayacaq.  IX 
								siniflərdə  imtahanlar 1 saat 30 dəqiqə, XI 
								siniflərdə  isə 3 saat davam edəcək. İmtahana 30 
								dəqiqə gecikən şagirdlər  imtahana 
								buraxılmayacaqlar. 
								
								İmtahan müddəti ərzində  IX sinif şagirdləri  50 
								suala, XI sinif şagirdləri 120 suala cavab  
								verəcəklər. 50 sualın 25-i ana dilinə (1-25), 
								qalan 25-i isə  riyaziyyat fənninə (26-42 cəbr, 
								43-50 həndəsə) aid olacaqdır. 
								
								Orta təhsil kursu  üzrə imtahan sualları 1-dən 
								120-dək nömrələnməklə fənlər üzrə aşağıdakı 
								ardıcıllıqla sıralanmışdır: ana dili və 
								ədəbiyyat 1-25, riyaziyyat 26-50, Azərbaycan 
								tarixi 51-65, fizika 66-75, kimya 76-85, 
								biologiya 86-95, coğrafiya 96-105 və xarici dil 
								106-120.  
								
								Xarici dil fənni üzrə cavablar hansı xarici 
								dilin seçilməsindən asılı olmayaraq, 106-120-ci 
								nömrələrlə qeyd olunur. Xarici dil fənlərinə aid 
								cavab maketləri fərqli olduqları üçün hər bir 
								şagirdin məktəbdə öyrəndiyi xarici dilin 
								suallarına cavab verməsi zəruridir.  
								
								Hər bir  test sualına  5 cavab (distraktor) 
								verilir.  Şagirdlər cavab kartında hər suala  
								düzgün hesab etdikləri cavaba uyğun dairəni 
								qaralamalıdır.  Şagird iki və daha  artıq dairə 
								qaralayarsa, həmin sualın cavabı səhv hesab 
								edilir. Şagirdlərin  bütün fənlər üzrə 
								bildikləri  suallara cavab vermələri zəruridir. 
								
								Yoxlama imtahanının fənlər üzrə nəticələri 
								jurnala yazılır və ikinci yarımilin qiymətləri 
								çıxarılarkən nəzərə alınır. Şagird üzrlü 
								səbəbdən yoxlama imtahanında iştirak etmədiyi 
								halda, buraxılış imtahanlarına qədər lazımi 
								sənədləri məktəb rəhbərliyinə təqdim etməlidir. 
								Əks halda, "ümumtəhsil məktəblərində, peşə 
								liseylərində buraxılış imtahanları və 
								şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında 
								Qaydalar"ın   imtahanlarda üzrsüz səbəbdən 
								iştirak etməyən şagirdlərə şamil edilən I.13 
								bəndinə əsasən attestata yazılacaq qiymətlər 
								çıxarılarkən  yoxlama imtahanının nəticəsi (0) 
								götürüləcəkdir. 
								
								Əsas təhsil kursu üzrə imtahan aparılan fənlər 
								üzrə şəhadətnaməyə yazılacaq summativ (yekun) 
								qiymət fənn üzrə mikrosummativ (yoxlama 
								imtahanının nəticələri, VIII və IX (X) 
								siniflərin illik qiymətləri) və makrosummativ 
								(buraxılış imtahanı) qiymətlər əsasında 
								hesablanır, bu zaman əsas üstünlük yoxlama və 
								buraxılış imtahanlarının nəticələrinə verilir. 
								
								Orta təhsil kursu üzrə imtahan aparılan fənlər 
								üzrə attestata yazılacaq summativ (yekun) qiymət 
								fənn üzrə mikrosummativ (yoxlama imtahanının 
								nəticələri, X və XI siniflərin illik qiymətləri) 
								və makrosummativ (buraxılış imtahanı) qiymətlər 
								əsasında hesablanır, bu zaman əsas üstünlük 
								yoxlama və buraxılış imtahanlarının nəticələrinə 
								verilir. 
								
								"ümumtəhsil məktəblərində, peşə liseylərində 
								buraxılış imtahanları və şagirdlərin 
								sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar"ın 
								38 və 39-cu bəndlərinə əsasən imtahanlara mobil 
								telefon gətirmək qəti qadağandır. üstündə mobil 
								telefon olan şagird imtahandan xaric olunacaq. 
								İmtahanlarda mobil telefonda olmayan 
								kalkulyatordan istifadə etməyə icazə verilir. 
								
								Hər bir fənn üzrə sualların  20%-dən 50%-nə 
								qədər düz cavab verən şagird 3, 50%-dən 80%-nə 
								qədər düz cavab verən şagird 4, 80%-dən 100%-ə 
								qədər düz cavab verən şagird 5 ilə 
								qiymətləndirilir . Məsələn, 25 sualdan ən azı  
								5,  ən çoxu 12 suala düz cavab verən şagird 3, 
								ən azı 13, ən çoxu 19 suala cavab verən şagird 
								4,  ən azı 20 və daha artıq  suala düz cavab 
								verən şagird 5 qiymət alır. 
								
								ötən dərs ilində imtahanlara buraxılmayan və ya 
								buraxılış imtahanlarından qeyri-kafi qiymət alan 
								XI sinif, peşə liseylərinin III kurs şagirdləri  
								2010-cu ilin aprel ayının 1-dən 20-dək 
								bitirdikləri məktəblərə ərizə ilə müraciət edə 
								bilərlər. Təkrar imtahan verən şəxslər yalnız 
								"2" aldığı fəndən imtahan verəcək.  
								
								Yoxlama və buraxılış imtahanları üçün tərtib 
								olunan test bankına aid nümunələr və onların 
								təhlilləri növbəti məqalələrdə veriləcəkdir. 
								 
								
								Əziz şagirdlər! Sizə qarşıda gələn imtahanlarda 
								uğurlar arzulayırıq!  
								
								
								Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsi
 |