| 
								
								19-30 aprel 2010-cu il tarixlərində Bakı 
								şəhərində Qara Qarayev adına  gənc  pianoçuların 
								I beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və 
								"Fortepiano Qara Qarayev yaradıcılığında" I  
								beynəlxalq  elmi - ifaçılıq konfransı 
								keçiriləcək.  
								
								Müsabiqə və konfrans üzeyir Hacıbəyov adına Bakı 
								Musiqi Akademiyasının (BMA) 90 illik və orta 
								ixtisas musiqi məktəb-studiyasının 30 illiyinə  
								həsr olunur.  
								
								Qeyd edək ki, BMA-nın çoxillik təcrübəsini 
								beynəlxalq səviyyədə nümayiş etdirəcək konfrans 
								və müsabiqə təcrübənin ifaçılıq nəzəriyyəsi ilə 
								yaxınlaşdırılması, musiqi məzmununun 
								mahiyyətinin anlaşılmasını təmin edən yeni 
								eksperimental-yaradıcı metodlardan istifadə 
								olunması, professional vərdiş və biliklərin 
								kamilləşdirilməsi istiqamətində müəyyən 
								addımların atılmasına xidmət edir. Müsabiqə iki 
								mərhələdən ibarət olacaq və 10-25 yaşadək 
								musiqiçilər iştirak edəcək. Konfransda isə 
								yaşından asılı olmayaraq bütün pianoçuların 
								iştirakı nəzərdə tutulur. Müsabiqədən fərqli 
								olaraq, konfrans elmi və ifaçılıq hissələrindən 
								ibarət bütöv bir mərhələdə keçiriləcək. 
								
								Elmi-ifaçılıq konfrans-müsabiqəsinin 
								keçirilməsində əsas məqsəd Qara Qarayevin 
								yaradıcılığının dərindən öyrənilməsi vasitəsilə 
								təbliği, nəzəriyyə və ifaçılıq təcrübəsinin 
								qarşılıqlı vəhdəti, müxtəlif ölkələrin musiqi 
								mədəniyyətinin yaxınlaşdırılmasıdır. 
								
								Azərbaycan Respublikasının Təhsil Nazirliyi 
								tərəfindən  təşkil  olunan müsabiqə və konfrans 
								Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm 
								Nazirliyinin və  Bəstəkarlar İttifaqının dəstəyi 
								ilə keçiriləcək.  
								
								 Şakir CƏFƏROV |