| 
								
								Oktyabrın 13-də Azərbaycan Dillər 
								Universitetinin Heydər Əliyev adına 
								muzey-lektoriyasında Fransa-Azərbaycan dilçilik 
								və təhsil əməkdaşlığı çərçıvəsində tədbir 
								keçirildi.  
								
								Tədbirin keçirilməsində məqsəd dilçilik 
								sahəsində Fransanın tanınmış mütəxəssisləri ilə 
								ADU-nun müəllim heyəti arasında mövcud 
								əməkdaşlığı genişləndirmək və həyata 
								keçirməkdir.  
								
								Fransanın Şarl de Qoll adına Lil 3 
								Universitetinin "Dil və mədəniyyətin 
								didaktikası" master proqramının rəhbəri, 
								professor xanım Mari Joze Barbo fransız dili 
								müəllimi peşəsinin inkişafı, fransız dilinin 
								İnternet, informasiya-kommunikasiya 
								texnologiyaları vasitəsi ilə avtonom şəkildə 
								öyrənilməsi və onun müəllimlərin fasiləsiz 
								təhsilinə tətbiqi sahəsində mühazirələr söyləmək 
								üçün oktyabrın 6-dan 18-nə kimi Bakıya dəvət 
								olunub və ADU-da treninqlərə başlayıb. Oktyabrın 
								7, 8 və 9-da qonaq Jorj Sand adına Bakı Fransız 
								Mədəniyyət Mərkəzində ADU-nun 20 müəlliminə 
								treninq-staj keçib. Oktyabrın 10-da "Fransız 
								dili müəllimi peşəsinin inkişafı" mövzusunda 
								keçirdiyi konfransdan sonra ADU-nun müəllimləri 
								və fransız dili kafedralarının rəhbərləri ilə 
								görüşən xanım Mari Joze Barbo gələcək əməkdaşlıq 
								imkanlarından bəhs edib.  
								
								 Şakir CƏFƏROV |