| 
								
								Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 
								yeni inzibati binası istifadəyə verilmişdir.
								 
								
								Naxçıvan MR təhsil naziri Piri Nağıyev tədbirdə 
								çıxış edərək demişdir ki, son illər muxtar 
								respublikada 150-dən çox təhsil müəssisəsi 
								istifadəyə verilmişdir. Muxtar respublikadakı 
								bütün məktəblər kompüterlə təmin olunmuş, 68 
								faizindən çoxu İnternetə qoşulmuşdur. Nazir 
								Təhsil Nazirliyinin yeni inzibati binasının 
								istifadəyə verilməsinə görə muxtar respublikanın 
								təhsil işçiləri adından minnətdarlığını 
								bildirmişdir.  
								
								Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 
								sədri Vasif Talıbov Təhsil Nazirliyinin yeni 
								inzibati binasının istifadəyə verilməsi 
								münasibətilə kollektivi təbrik etmiş, onlara 
								işlərində uğurlar arzulayaraq demişdir ki, 
								Naxçıvan MR Təhsil Nazirliyi üçün yeni binanın 
								istifadəyə verilməsi ulu öndərimiz Heydər 
								Əliyevin təhsil sahəsində həyata keçirdiyi 
								tədbirlərin Azərbaycan Prezidenti cənab İlham 
								Əliyev tərəfindən uğurla davam etdirilməsinin və 
								təhsilə qayğısının nəticəsidir.  
								
								Müasir tələblər səviyyəsində tikilmiş 
								dördmərtəbəli binanın bir hissəsində Naxçıvan 
								Şəhər Təhsil Şöbəsi fəaliyyət göstərəcəkdir.
								 
								
								İnzibati bina Naxçıvan şəhərinin ən yaraşıqlı 
								tikililərindən biri kimi bu qədim şəhərin 
								simasını daha gözəlləşdirmişdir.  |